Tbilisidə narkotik cinayəti ittihamı ilə bir nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi,

saxlanılması və satışına şərait yaratma ittihamı ilə bir nəfəri saxlayıblar.

Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üstünə və yaşayış evinə baxış, həmçinin istintaq eksperimenti zamanı onun göstərdiyi yerlərdən satış üçün hazırlanmış xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələri maddi sübut
kimi götürüblər. Onların arasında "kokain", "alfa-PVP" və 48 büküm halında qablaşdırılmış, çəkisi 50 qrama qədər olan "mefedron" var.

Polis tərəfindən həmçinin narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar da müsadirə olunub.


Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə istintaq aparılır. Bu maddə cəza olaraq 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google