"Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa,
ölkəmizdə heç kəs bunu hiss etməyəcək.
Yəni burada çox şey dəyişməyəcək, bəlkə də bundan daha
yaxşı olacaq".
AZƏRTAC-ın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev iyulun
13-də IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib.
“Biz toqquşmaya getmək istəmirik, xüsusən də nəinki
Avropa Şurası Parlament Assambleyasına gəldikdə, o cümlədən Avropa
Parlamentini götürsək. Yenə də deyirəm, onlar bizə qarşı belə
əsassız addımlar atırlar. Onlar Azərbaycana bu qədər xüsusi bir
qərəzlə yanaşırlar. Bu, onların hücumlarıdır və onların hamısı
əsassızdır”, - deyə dövlət başçısı vurğulayıb.
08.07.2026
Bakıya Avropa Şurasından gələn var
Son illər aralarındakı münasibətlərin qadağalar səviyyəsinə qədər
gərginləşdiyi Azərbaycan ilə Avropa Şurası (AŞ) arasında əməkdaşlıq
məsələləri yenidən gündəmə gəlib. Tərəflər hüquq və ədliyyə
sahəsində uzunmüddətli əməkdaşlığı müzakirə ediblər.
Bu barədə bu gün, iyulun 8-də Ədliyyə Nazirliyinin rəsmi saytında
məlumat dərc olunub. Bildirilir ki, ədliyyə nazirinin müavini
Toğrul Hüseynov Avropa Şurasının İnsan Hüquqları və Hüququn Aliliyi
üzrə baş direktoru Canluka Espozito ilə görüşüb.
Nazirliyin məlumatına görə, görüşdə tərəflər arasında hüquq və
ədliyyə sahəsindəki uzunmüddətli, "uğurlu əməkdaşlıq" vurğulanıb:
"Həmçinin məhkəmə ekspertizası, probasiya, məhkəmə qərarlarının
icrası, hüquqi təhsil və elmi tədqiqat istiqamətləri üzrə
əməkdaşlığın prioritet olduğu diqqətə çatdırılıb. Tərəflər Avropa
Şurasının müxtəlif institutları və komitələri ilə qarşılıqlı
fəaliyyət, beynəlxalq hüquqi əməkdaşlıq sahəsində əldə olunan
nəticələr, eləcə də gələcək əməkdaşlıq perspektivləri barədə fikir
mübadiləsi aparıblar".
Son iki ildə nələr baş vermişdi?
Halbuki, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) 2024-cü il
yanvarın 24-də Azərbaycanın üzvlüklə bağlı öhdəliklərini yerinə
yetirmədiyini əsas gətirərək ölkə nümayəndə heyətinin
etimadnaməsini təsdiqləməmişdi. Buna səbəb kimi Azərbaycanda insan
hüquqlarının vəziyyətinin pisləşməsi göstərilirdi. Cavab addımı
olaraq rəsmi Bakı bu qərara səs verən AŞPA deputatlarının ölkəyə
gəlişinə "stop" qoydu və o vaxtdan bəri Azərbaycandan Assambleyaya
nümayəndə heyəti göndərilmədi.
Üstəlik, son illər Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin
(AİHM) kompensasiya qərarlarının icra olunmaması ilə bağlı tez-tez
şikayətlər səslənir. Rəsmi Bakı bu tənqidlərə konkret münasibət
bildirməsə də, ötən ildən etibarən AİHM qərarları daha kəskin
dartışma mövzusuna çevrilib. Məsələn, prezident İlham Əliyev ADA
Universitetində keçirilən forumdakı çıxışında bu məsələyə toxunaraq
demişdi: "Nəzərə alsaq ki, biz Avropa İnsan Hüquqları Məhkəməsinin
hakimlərinin seçilməsində iştirak etmirik, buna görə həmin
məhkəmənin qərarları bizim üçün hər hansı bir qüvvəyə malik deyil.
Bu, bizim mövqeyimizdir".
Avropa Şurasının şərtləri
Ötən həftə AŞPA prezidenti Petra Bayr AzadlıqRadiosuna
müsahibəsində Azərbaycanın quruma qayıtma şərtlərini açıqlayıb:
"Məsələn, AŞPA-nın azı 70 deputatının yer aldığı 'qara siyahı'dan
bəzi adlar çıxarılmalıdır. Mən də daxil olmaqla, həmin siyahıda
olan şəxslərin, o cümlədən iki həmməruzəçidən birinin Azərbaycana
girişi qadağandır".
Bayr həmçinin əlavə edib ki, rəsmi Bakı bu prosesdə səmimidirsə, ən
azından tanınmış bəzi siyasi məhbusları azadlığa buraxmalıdır.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul
olunub, insan hüquqları və daha bir çox məsələlərlə bağlı
öhdəliklər götürüb. Bununla belə, ölkə hələ də qurumun monitorinqi
altındadır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.