Senator Qrem 71 yaşında vəfat edib
ABŞ senatoru, Respublikaçılar Partiyasının xarici siyasətdə ən təsirli simalarından olan Lindsi Qrem iyulun 11-də 71 yaşında vəfat edib. Qrem Ukraynanın Konqresdə əsas müdafiəçilərindən, İrana qarşı sərt siyasi xəttin əsas tərəfdarlarından biri kimi tanınırdı.

2022-ci ildə Rusiya Ukraynaya işğalçı müharibəyə başlayandan sonra o, Kiyevin Vaşinqtondakı ən yaxın müttəfiqlərin biri olmaqla bərabər ABŞ administrasiyalarına Ukraynaya yardım, eləcə də Moskvaya
sərt sanksiyalar tətbiq etməsi üçün təzyiqlər edib. Qremin ölümü Kiyevə səfərindən saatlar sonra baş verib. Burada o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb, Rusiyaya qarşı hər iki partiyanın irəli sürdüyü sərt sanksiya paketini Ağ Evin dəstəklədiyini açıqlayıb.

Qremin elan etdiyi paketin həmmüəlliflərindən biri Demokrat senator Riçard Blumental olub. Onların hazırladığı sanksiyalar Rusiyadan qaz və neft almağa davam edən ölkələri hədəfə almalıydı. Qrem isə deyirdi ki, bu sanksiyalar Vaşinqtona Rusiyanı danışıqlara cəlb etmək məsələsində əlavə rıçaqlar qazandıracaq.

Ukrayna rəsmiləri Qremi ölkələrinin ən yaxın dostu adlandırsalar da Rusiya onun bəyanatları dəfələrlə təkzib edib. Bundan başqa Rusiya Qremə onun 2023-cü ildə Ukraynaya səfərindən sonra cinayət işi açıb.

Onilliklər ərzində Qrem Senatda İsrailin sərt tərəfdarı və İranın əsas tənqdiçilərindən biri olub. 2015-ci ildə İranla nüvə məsələsi ilə bağlı əldə olunan Vyana razılaşmasının əleyhdarı olan Qrem Tramp administrasiyasının “Tehrana maksimum təzyiq” siyasətini dəstəkləyib. O həmçinin ABŞ-nin İranın nüvə silahının inkişafına əngəl yaratmaq üçün hərbi gücdən istifadə etməsinin tərəfdarlarından sayılıb.

Amerikalı senator Azərbaycanla bağlı passiv mövqe tutsa da Türkiyəyə qarşı ziddiyyətli baxışları ilə seçilib. O, Türkiyəni NATO üçün önəmli sayıb, amma onun F-35 proqramından çıxarılmasına səbəb olan CAATSA qanununun Ankaraya tətbiqinin tərəfdarı olub. Senator 2019-cu ildə Senatda erməni soyqırımı ilə bağlı sənədin keçməsini əngəlləyib. O, iyulun əvvəllərində NATO-nun Ankara sammitinə qatılıb, yerli mediaya Türkiyənin F-35 proqramına dönəcəyinə ümidli olduğunu söyləyib.


Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google