ABŞ İrana yeni zərbələr endirib
İyulun 13-ü səhər ABŞ İrana yeni hava zərbələri endirib. Bir gün əvvəl isə Hörmüz boğazı yaxınlığındakı strateji əhəmiyyətli ərazilər vurulmuşdu. Vaşinqton bu zərbələrin Tehranın boğazda gəmiçiliyə hücumlarına cavab olduğunu bildirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, qüvvələri “İranın Hörmüz boğazından keçən mülki dənizçilərə və kommersiya gəmilərinə hücum imkanlarını daha da zəiflətmək məqsədilə yeni zərbələr endirməyə
başlayıb”.

CENTCOM Ali Baş Komandanın, yəni prezident Donald Trampın bu zərbələrin endirilməsi barədə göstəriş verdiyini bildirib.

Əməliyyatın detalları barədə məlumat verilməyib, zərbələrin artıq başa çatdırılığı açıqlanıb.

İran dövlət mediası isə Hörmüz boğazı yaxınlığındakı bir neçə bölgədə, o cümlədən Bəndər-Abbas, Sirik və Buşəhr əyalətində partlayışlar baş verdiyini bildirib. Bu məlumatları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

ABŞ-ın Fars körfəzindəki ərəb müttəfiqləri də Vaşinqtonun hərbi əməliyyatlarına cavab olaraq İran tərəfindən raket, mərmi atıldığını bildiriblər.

Bir gün öncəki zərbələr
İyulun 12-si səhər saatlarında ABŞ ötən həftə ərzində üçüncü genişmiqyaslı hücum dalğası gerçəkləşdirib, İranın müxtəlif hərbi obyektlərinə zərbələr endirib. Bundan əvvəl Tehran kommersiya konteyner gəmisini vurmuş, dünyanın ən mühüm strateji su yollarından olan Hörmüz boğazının bağlandığını elan etmişdi.

“Ötən gecə onlara çox ağır zərbələr endirdik”, – prezident Donald Tramp iyulun 12-də CNN telekanalına deyib.

O, Vaşinqton və Tehranın son atışmalardan əvvəl razılaşmaya çox yaxın olduqlarını iddia edib.

“Onlar hər şeydən imtina edirdilər. Sonra isə cəmi iki saat keçməmiş bir gəmiyə dronla hücum etdilər. Bu insanlarda nəsə problem var”, – Tramp bildirib.

Prezident NBC-yə müsahibəsində deyib ki, “onlar çox-çox pis və xəstə insanlardır. Onlarla görüşlərimiz olmuşdu. Dünən bizim üçün mükəmməl razılaşmanı qəbul etmişdilər. Nüvə proqramı olmayacaqdı, başqa heç nə olmayacaqdı. Hər şeydən imtina etmişdilər”.

“Sonra otaqdan çıxdılar və bir saat keçməmiş gəmiyə dron göndərdilər. Mən də dedim ki, ‘Siz xəstə insanlarsınız. Siz xəstəsiniz’”, – o əlavə edib.

Tramp Hörmüz boğazının açıq olduğunu da iddia edib.

CENTCOM da boğazın gəmiçilik üçün açıq qaldığını bildirib.
ABŞ-nin yüksək vəzifəli rəsmisi jurnalistlərə bildirib ki, İranın hava müşahidə radarları, dəniz müşahidə sistemləri, raket və dronların saxlanıldığı obyektlər, raket və PUA buraxılış meydançaları, zenit-raket kompleksləri hədəfə alınıb. Məqsəd Tehranın hərbi imkanlarını zəiflətmək olub.

İran dövlət mediası zərbələrdən sonra ölkənin cənubunda silsilə partlayışlar barədə yazıb. IRIB telekanalının məlumatına görə, Bəndər-Abbasda üç, Sirikdə iki partlayış qeydə alınıb. Hörmüz boğazına baxan Qeşm adasında da partlayışlar qeydə alınıb.

İran cavabında ABŞ-nin yaxın müttəfiqi Küveyt tərəfə raketlər atıb.

Son eskalasiya Omanın vasitəçiliyi ilə aparılan diplomatik səylərin zəifləməsi fonunda baş verib.

İranın xarici işlər naziri Abbas Əraqçi Omanın xarici işlər naziri Seyid Bədr Əl-Busaidi ilə görüşərək Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması mexanizmlərini müzakirə edib.

ABŞ rəsmiləri müzakirələrə qatılmayıblar.

AzadlıqRadiosu (RFE/RL) diplomatik mənbələrdən öyrənib ki, Oman vasitəçiləri İran təmsilçilərinə dəniz naviqasiyası ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağı hədəfləyən təkliflər təqdim ediblər. Yüksək vəzifəli rəsmilər təkliflərin məzmununu şərh etməyiblər.

Kəskin bəyanatlar
Bu arada tərəflərdən sərt bəyanatlar səslənib.

İranın yeni ali rəhbəri Müctəba Xamenei atası və sələfi Əli Xameneinin öldürülməsinə görə qisas alınacağını bildirib.

“Bu məsələ nə mənim, nə də başqa rəsmilərin şəxsi mövcudluğundan asılıdır. Biz olsaq da, olmasaq da, bu baş verəcək”, – o deyib və İranın hədəfə alınacaq şəxslərin siyahısını hazırladığını əlavə edib.

Bundan bir neçə saat əvvəl Tramp xəbərdarlıq edib ki, ona qarşı hər hansı sui-qəsd cəhdinə ABŞ misli görünməmiş şəkildə hərbi cavab verəcək.

“1000 raket artıq hazırdır və İran İslam Respublikasına tuşlanıb. Onların ardınca minlərlə raket də dərhal buraxılmağa hazırdır”, – Tramp Truth Social platformasında yazıb. Onun sözlərinə görə, belə bir təhlükə reallaşarsa, ABŞ İranı “tamamilə məhv edəcək”.

Fevralın sonlarında ABŞ və İsrail İrana genişmiqyaslı zərbələr endirməyə başlayıb. Tərəflər arasında qısamüddətli atəşkəs qüvvədə olub. Tramp atəşkəsin artıq qüvvədən düşdüyünü bəyan etsə də, yenidən danışıqlara açıq olduğunu bildirib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




Print Email
FaceBook Twitter Google