Neft bahalanır, səhmlər ucuzlaşır
Bazar ertəsi – iyulun 13-də Asiya birjalarında səhmlər ucuzlaşıb.
Buna Fars körfəzində döyüşlərin şiddətlənməsi, İranın strateji əhəmiyyətli Hörmüz boğazını bağladığını bəyan etməsi səbəb olub. Neft kəskin bahalanıb, dünyada inflyasiya riskləri yenidən artıb.

Brent markalı neftin qiyməti 4,3 faiz artaraq bir barel üçün 79,31 dollara yüksəlib. Bu, son minimum 70,14 dollar həddindən xeyli yüksəkdir. ABŞ-nin WTI
markalı nefti isə 4,4 faiz bahalaşaraq 74,62 dollara çatıb.

ABŞ rəsmiləri bildiriblər ki, son 24 saat ərzində təxminən 20 gəmi Hörmüz boğazından hərbi müşayiətlə keçirilib. Amma gəmi izləmə sistemlərinin məlumatları boğazda hərəkətin hələ də çox zəif olduğunu göstərir.

“Reuters” yazır ki, səhm investorları əsas diqqəti maliyyə hesabatları mövsümünə yönəldib. Xüsusilə süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərdən rekord mənfəət gözlənilir. Böyük banklar sabahdan – iyulun 14-dən hesabat açıqlamağa başlayacaq. Həftə ərzində Netflix və General Electric də maliyyə hesabatlarını dərc edəcək.

ABŞ-ın S&P 500 indeksinin fyuçersləri 0,6 faiz, Nasdaq fyuçersləri isə 1,3 faiz ucuzlaşıb.

Avropada EURO STOXX 50 fyuçersləri 0,9 faiz, Almaniyanın DAX fyuçersləri 1 faiz, Böyük Britaniyanın FTSE fyuçersləri isə 0,3 faiz geriləyib.

Yaponiyanın Nikkei indeksi 2,2 faiz enib. İndeks ötən həftə də 1,7 faiz itirmişdi.

MSCI-nin Yaponiya istisna olmaqla Asiya-Sakit okean regionunu əhatələyən əsas indeksi isə 1,8 faiz düşüb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google