Kanalizasiya layihəsinə görə Marneulinin Rustaveli küçəsində hərəkət bir aydan çox məhdudlaşdırılacaq

Marneuli şəhərinin Rustaveli küçəsində su təchizatı və kanalizasiya sisteminin bərpası çərçivəsində avqustun 24-dək küçələrin bir hissəsi mərhələli şəkildə bağlanacaq.


Marneuli meriyasının məlumatına görə, işlərin gedişi müddətində nəqliyyatın hərəkəti mərhələli olaraq məhdudlaşdırılacaq. Layihə çərçivəsində Həsənov, Borçalı, Şaiq, Nərimanov I və II döngələri, Orbeliani və Algeti küçələrində yeni çəkilmiş kanalizasiya sistemi Rustaveli küçəsindəki mərkəzi magistrala birləşdiriləcək.

"İşlərin xüsusiyyətindən
asılı olaraq, müvafiq tarixlərdə qeyd olunan küçələrlə yanaşı, Rustaveli küçəsinin sistemin mərkəzi magistrala birləşdiyi hissələri (yol ayırıcıları) də mərhələli şəkildə bağlanacaq",
- bələdiyyənin bəyanatında bildirilir.

Küçələr aşağıdakı zonalar və tarixlər üzrə bağlanacaq:
  • 1-ci zona: Həsənov küçəsi – Rustaveli küçəsinə birləşmə: 11 iyul (səhər saat 09:00-dan) – 16 iyul
  • 2-ci zona: Borçalı küçəsi – Rustaveli küçəsinə birləşmə: 17 iyul (səhər saat 09:00-dan) – 22 iyul
  • 3-cü zona: Şaiq küçəsi – Rustaveli küçəsinə birləşmə: 23 iyul (səhər saat 09:00-dan) – 29 iyul
  • 4-cü zona: Nərimanov, Orbeliani küçəsi (məscidin yanı) – Rustaveli küçəsinə birləşmə: 30 iyul (səhər saat 09:00-dan) – 5 avqust
  • 5-ci zona: Nərimanov, Algeti küçəsi (məscidin yanı) – Rustaveli küçəsinə birləşmə: 6 avqust (səhər saat 09:00-dan) – 12 avqust
  • 6-cı zona: Nərimanov II döngəsi – Rustaveli küçəsinə birləşmə: 13 avqust (səhər saat 09:00-dan) – 18 avqust
  • 7-ci zona: Nərimanov I döngəsi – Rustaveli küçəsinə birləşmə: 19 avqust (səhər saat 09:00-dan) – 24 avqust

Marneuli şəhəri və kəndlərində su təchizatı və kanalizasiya layihəsinə 2019-cu ildə başlanılıb. Layihə çərçivəsində yollar qazılıb, infrastruktur sıradan çıxıb, ictimai nəqliyyat və şəxsi avtomobillərə ziyan dəyib. İlkin plana görə, "Akelik Group" şirkəti layihəni 2021-ci ifin martına qədər yekunlaşdırmalı idi, lakin öhdəliklərini yerinə yetirə bilmədiyi üçün 55 940 022 dollar dəyərindəki layihə dayandırılmışdı.

Su Təchizatı Şirkəti yeni müqaviləni Türkiyə və Çin şirkətləri ilə bağlayıb. Hazırda işləri "China Geo-Engineering Corporation" (CGC) və "POLAT Yol Yapı Sanayi ve Ticaret Anonim Şirkəti" həyata keçirir.

Asiya İnkişaf Bankının dəstəyi ilə icra olunan layihəyə 135 milyon laridən çox vəsait sərf olunacaq. Bərpa işlərinin başa çatdırılma müddəti 2026-cı ilin sentyabrına qədər uzadılıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google