Ermənistanda tanınmış həkim və hüquqşünas hökuməti tənqid
etdiklərinə görə işdən çıxarıldıqlarını deyirlər.
Həkim Arpine Soğoyan hesab edir ki, baş nazir Nikol Paşinyanla
seçki kampaniyası zamanı açıq mübahisə edəndən cəmi iki ay sonra
dövlət poliklinikasındakı işindən çıxarılması siyasi
qisasçılıqdır.
Soğoyan mayın 18-də Paşinyanın seçkiqabağı görüşü zamanı ona
yaxınlaşıb, qardaşı, hərbi həkim Hrant Papikyanın 2020-ci ildə
Qarabağ müharibəsi
zamanı itkin düşməsinə görə hökuməti ittiham
edib.
Paşinyan ona sərt reaksiya verib, Soğoyanı Ermənistanın üç əsas
müxalifət qüvvəsinin rəhbərləri ilə əlaqələndirib, həmin
siyasətçiləri "siyasi səhnədən siləcəyinə" söz verib.
Həmin gün Paşinyan digər sakinlərlə də mübahisə etmişdi. Qarabağdan
köçkün fəal Artur Osipyan baş nazirin seçki kampaniyasına mane
olmaq, ona qarşı zorakılığa çağırış etməkdə ittiham olunaraq həbs
edilib, 23 günlük aclıq aksiyasından sonra azadlığa buraxılıb.
Yerevanın meri həkimin işdən çıxarılmayacağını
demişdi
AzadlıqRadiosunun erməni xidməti yazır ki, Soğoyanın poliklinikanın
ginekologiya şöbəsinin müdiri vəzifəsindən istefaya məcbur edildiyi
xəbərləri yayılsa da, Yerevan meri Tiqran Avinyan onun siyasi
baxışlarına görə işdən çıxarılmayacağını demişdi.
Amma təcrübəli ginekoloq iyulun 13-də poliklinikanın direktoru
Vartan Akopyandan məktub alıb. Məktubda onun tutduğu vəzifənin ləğv
edildiyi bildirilib. Akopyan AzadlıqRadiosunun erməni xidmətinin
sorğusunu cavablandırmaqdan imtina edib.
Yerevan meriyasının sözçüsü isə iddia edib ki, Soğoyan yeni tibbi
sığorta sisteminin tətbiqindən sonra xərclərin azaldılması proqramı
çərçivəsində işdən çıxarılıb. Soğoyan isə bu iddianı rədd edib.
Onun dediyinə görə, son aylar məhz həmin islahat səbəbindən
həkimlərin iş yükü daha da artıb.
Soğoyana göndərilən məktubda ona alternativ vəzifə təklif
edilməyəcəyi də qeyd olunub, səhhətinin pis olduğu əsas gətirilib.
Həkim isə heç bir sağlamlıq problemi olmadığını, 21 illik iş
təcrübəsi bir dəfə də xəstəlik vərəqəsi götürmədiyini bildirib.
Onun fikrincə, işdən çıxarılmasının yeganə səbəbi Paşinyanla
yaşadığı insident, müxalifətə yaxın mövqeyidir.
Müxalifətçinin bacısı, hüquqşünas
“Azatutyun” yazır ki, son parlament seçkilərindən sonra Paşinyanı
tənqid edən bir sıra şəxslər və ya onların qohumları dövlət
sektorundan uzaqlaşdırılıb.
Parlament seçkilərində iştirak etmiş müxalifət nümayəndəsinin
bacısı Lilit Qazaryan onlardan biridir. O, Ermənistan hökumətinin
Dərman Vasitələrinə Nəzarət Agentliyində 22 il rəhbər müavini
vəzifəsində çalışdıqdan sonra ötən ay işdən çıxarılıb.
Paşinyan hökumətini açıq tənqid edən tanınmış hüquqşünas Ruben
Melikyan da işini itirib.
Melikyan son 23 ildə Yerevan Dövlət Universitetində hüquq fənnini
tədris edib. Onun sözlərinə görə, universitetin hakimiyyətə yaxın
sayılan rektoru Hovannes Hovannisyan ötən həftə ona yarımştat əmək
müqaviləsinin sentyabrda uzadılmayacağını bildirib. Qərarın səbəbi
izah edilməyib.
"Bunun hüquq müdafiə fəaliyyətimin nəticəsi olduğuna
inanıram", – Melikyan AzadlıqRadiosunun erməni
xidmətinə deyib.
Melikyan Paşinyan hökumətinin fəal tənqidçisidir. O, baş nazirin
səkkiz illik hakimiyyəti dövründə həbs edilmiş müxalifət fəallarını
müdafiə edib. Hüquqşünasın fikrincə, universitetdən
uzaqlaşdırılması mübahisəli parlament seçkilərindən sonra müxalifət
nümayəndələrinə qarşı aparılan həbslər və təzyiqlərlə
əlaqəlidir.
Universitet rəhbərliyi, hələlik, bu qərarla bağlı açıqlama
verməyib. Hovannisyan Melikyanın siyasi baxışlarına görə işdən
çıxarılıb-çıxarılmadığını “Azatutyun”a şərh etməkdən imtina edib.
O, universitetə rəhbər təyin olunmazdan əvvəl hakim "Vətəndaş
Müqaviləsi" Partiyasından deputat olub.
iyunun 7-də keçirilmiş parlament seçkilərində Paşinyanın rəhbərlik
etdiyi hakim "Vətəndaş Müqaviləsi" partiyası səslərin təxminən 50
faizini qazanaraq hökuməti təkbaşına formalaşdırmaq hüququnu
qoruyub. İkinci yeri 23 faiz səslə "Güclü Ermənistan", üçüncü yeri
isə 10 faizə yaxın səslə "Ermənistan" bloku tutub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.