ABŞ ordusu iyulun 14-də İrandakı hədəflərə zərbələri davam etdirib.
Bundan bir neçə saat əvvəl İran Körfəz regionuna raket hücumları
edib, ABŞ prezidenti Donald Tramp isə Hörmüz boğazında blokadanın
bərpa olunduğunu elan edib.
İranın dövlət mediası Hörmüz boğazı yaxınlığında yerləşən
Bəndər-Abbas liman şəhəri ətrafında beş partlayışın baş verdiyini
bildirib. İranın yeganə atom elektrik stansiyasının yerləşdiyi
Buşəhr liman
şəhərinin də hücuma məruz qaldığı bildirilir.
Bundan əlavə, İranın cənub sahilləri yaxınlığındakı Kiş, Qeşm və
Əbu Musa adalarında da partlayışlar qeydə alınıb.
İordaniya və Bəhreyn İranın ballistik raketlərinin yaylım atəşini
zərərsizləşdirdiklərini açıqlayıblar. Birləşmiş Ərəb Əmirlikləri
isə Hörmüz boğazında gəmilərə hücumlar nəticəsində bir ekipaj
üzvünün öldüyünü, azı 8 nəfərin isə yaralandığını bildirib.
Tramp Hörmüzdə blokadanın bərpa olunduğunu
bildirib
ABŞ ordusu Hörmüz boğazında təhlükəsizliyini təmin etmək məqsədilə
İrandakı hədəflərə yeni hava zərbələri endirdiyini bildirib. Bundan
bir neçə saat əvvəl isə prezident Donald Tramp Hörmüzdə blokadanın
bərpa olunduğunu elan edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 13-ü gecə yaydığı
bəyanatda İrana ardıcıl üçüncü gündür hücumlar etdiyini
bildirib.
"Bu zərbələr İran qüvvələrinin ağır itkilər verməsinə səbəb olacaq,
onların Hörmüz boğazında dinc sakinlərə və kommersiya gəmiçiliyinə
hücum imkanlarını zəiflədəcək", – bəyanatda deyilir.
İranın dövlət mediası ölkənin cənub sahillərindəki Kiş, Qeşm və Əbu
Musa adalarında partlayışlar baş verdiyini bildirib.
Tramp həftəsonu Konqresi rəsmən bilgiləndirib
ABŞ mediası iyulun 13-də xəbər verib ki, Tramp ABŞ-nin İranla
yenidən müharibə vəziyyətində olduğunu həftəsonu Konqresə rəsmən
bildirib. Bununla da prezident Konqresdən rəsmi icazə almadan 60
gün ərzində hərbi əməliyyatlar aparmaq səlahiyyəti əldə edib.
Tramp iyulun 13-ü axşam Ağ evdə jurnalistlərə deyib ki, zərbələrin
məqsədi İranın Hörmüz boğazında dəniz nəqliyyatına mane olmaq
imkanlarını sıradan çıxarmaqdır.
O, münaqişəyə son qoyacaq razılaşmanın hələ də mümkün olduğunu
vurğulayıb.
"Bəli, fikrimcə, razılaşma mümkündür. Əlbəttə mümkündür. İki gün
əvvəl onlarla razılaşmamız var idi, sonra isə dedilər ki, 'Yox, bu
razılaşmanı bağlaya bilmərik. Onu daha da müzakirə
etməliyik'", – Tramp Oval kabinetdə jurnalistlərə
söyləyib.
Tramp bundan əvvəl “Fox News”a müsahibəsində bildirmişdi ki, Hörmüz
boğazına nəzarəti öz üzərinə götürə bilər, amma bu halda “ədalət
naminə” boğazdan daşınan bütün yüklərə 20 faiz ödəniş tətbiq
olunacaq. Müharibədən əvvəl dünya enerji daşımalarının təxminən
beşdə biri Hörmüzdən keçib.
İranın cavab zərbələri
Trampın paylaşımından az əvvəl İranın İslam İnqilabı Keşikçiləri
Korpusu (SEPAH) bəyan edib ki, Hörmüz boğazında normal gəmiçiliyin
bərpasının yeganə yolu ABŞ-nin bu strateji su yoluna hərbi
müdaxiləsinə son qoymasıdır.
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi iyulun 13-də
bildirib ki, Hörmüz boğazının cənub keçidində, Oman ərazi sularında
ölkəyə məxsus iki tanker İranın qanadlı raketləri ilə vurulub.
Hücum nəticəsində Hindistan vətəndaşı olan bir ekipaj üzvü həlak
olub, daha səkkiz nəfər yaralanıb.
İran Körfəz regionundakı bir sıra qonşu ölkələrə, eləcə də özünün
boğazdan keçid qaydalarını pozduğunu iddia etdiyi gəmilərə hücumlar
həyata keçirib.
Artıq bir neçə gündür sülh razılaşmasının taleyi ilə bağlı suallar
davam edir.
Tramp ötən həftə bildirib ki, Anlaşma Memorandumu artıq onun
nəzərində qüvvədən düşüb. Amma əlavə edib ki, əgər tərəflər sülh
sazişi istiqamətində irəliləyiş əldə edə biləcəklərinə inanırlarsa,
danışıqları davam etdirə bilərlər. Həftəsonu zərbələri isə bu
perspektivləri daha da zəiflədib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.