Daxili İşlər Nazirliyi tərəfindən ölkə miqyasında narkotik
cinayətləri ittihamı ilə 121 nəfər saxlanılıb.
Onlardan 59-u müxtəlif formalarda narkotik vasitələrin satışı
sxeminə cəlb olunmuş şəxslərdir. Saxlanılanlar arasında həm
Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
İstintaq hərəkətləri çərçivəsində, polis məhkəmə qərarı əsasında
bir neçə dəfə narkotik vasitələrin nəzarətli satınalmasını həyata
keçirib və bu prosesi gizli audio-video
lentə alıb. Həmçinin,
cinayət başında yaxalanmaları məqsədilə adlarına göndərilmiş
bağlamaların hüquq-mühafizə orqanları tərəfindən gizli şəkildə
əvəzləndiyi şəxslər də saxlanılıb.
Təqsirləndirilən şəxslərin şəxsi, yaşayış evləri və
avtomobillərində aparılan axtarışlar, eləcə də istintaq
eksperimentləri zamanı satış üçün hazırlanmış külli miqdarda
müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr maddi sübut
kimi götürülüb. Onların arasında "Metadon", "Alfa-PVP", "Kokain",
"Ketamin", "Buprenorfin", "Marixuana", "Çətənə" bitkisi və digər
vasitələr var.
Bundan əlavə, narkotiklərin qablaşdırılması üçün istifadə olunan
materiallar, elektron tərəzilər və satışdan əldə olunduğu ehtimal
edilən pul vəsaitləri aşkar edilərək götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcləsinin 260, 260-cı kvarta, 261
və 265 prima maddələri ilə istintaq aparılır. Bu maddələr 20 ilədək
və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Nazirliyin məlumatına görə, cari ilin ilk altı ayında narkotik
cinayətləri ittihamı ilə 5 000-ə yaxın şəxs cinayət məsuliyyətinə
cəlb edilib ki, onlardan da 1 000-ə yaxını narkotik vasitələrin
satışında iştirak edib.
Qurumdan bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə
məsuliyyətə cəlb olunanların sayı 85% artıb. Daxili İşlər Nazirliyi
narkotik cinayətkarlığına qarşı mübarizəni gələcəkdə də aktiv
şəkildə davam etdirəcəyini bəyan edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.