Prokurorluq Gürcüstan vətəndaşlarının xarici ölkədə qanunsuz
qalmasına köməklik göstərilməsi,
sığınacaq almaq üçün saxta məlumatların təqdim olunmasının təşkili
və saxta sənədlərin hazırlanması-satılması faktları üzrə daha 4
nəfərə qarşı ittiham irəli sürüb.
Gürcüstan Baş Prokurorluğu və Amerika Birləşmiş Ştatlarının
səfirliyinin Regional Təhlükəsizlik Xidmətinin birgə keçirdiyi
tədbirlər nəticəsində müəyyən edilib ki, ABŞ-da immiqrasiya
siyasətinin sərtləşdirilməsi fonunda, üç Gürcüstan vətəndaşı qrup
yaradıb.
Bu qrup maddi qazanc qarşılığında, ABŞ-da sığınacaq
axtaran Gürcüstan vətəndaşları üçün saxta hekayələr və sübutlar
(özəlliklə "keyslər") hazırlayıb.
İstintaqın məlumatına görə, qrup üzvləri vətəndaşları
inandırırdılar ki, bu sənədlərin köməyi ilə onlar ABŞ-da heç bir
problem olmadan sığınacaq ala biləcəklər. Onlar siyasi baxışlar,
cinsi oriyentasiya, hüquq-mühafizə orqanları tərəfindən təqib
olunma və digər uydurma səbəblərlə bağlı hekayələr yazır, bunları
təsdiqləmək üçün isə saxta sənədlər hazırlayırdılar.
Təqsirləndirilən şəxslərdən birinin yaşayış evinə və ofisinə baxış
zamanı 500-ə yaxın vətəndaşın adına hazırlanmış saxta sənədlər,
sığınacaq axtaran şəxslər üçün nəzərdə tutulmuş hekayələr və
müxtəlif təşkilatların saxta elektron möhürləri aşkar edilərək
götürülüb. İstintaq materiallarına əsasən, qrup üzvləri 1 yanvar
2025-ci il ilə 2026-cı ilin iyun ayı arasındakı dövrdə bu
fəaliyyətdən ümumilikdə 675 794 lari, 388 526 ABŞ dolları və 4 964
avro məbləğində gəlir əldə ediblər.
Bununla yanaşı, qeyd olunan mütəşəkkil qrupun üzvləri üçün saxta
sənədlərin hazırlanmasını təmin edən daha bir nəfər barəsində
cinayət təqibinə başlanılıb. Qurumun məlumatına görə, həmin şəxs
törətdiyi əməli tamamilə etiraf edir və istintaqla əməkdaşlıq
edir.
Məhkəmə qərarı əsasında, iyulun 13-də bir nəfər saxlanılıb. Ona və
digər iki şəxsə qiyabi olaraq Gürcüstan Cinayət Məcəlləsinin
344-prim maddəsinin 2-ci hissəsinin "a", "g" və "d" bəndləri ilə
(iki və ya daha çox şəxs barəsində saxta sənədlərdən istifadə
etməklə qanunsuz qalmağa köməklik göstərilməsi/təşkili) ittiham
elan edilib ki, bu da 6 ilədək azadlıqdan məhrumetmə cəzasını
nəzərdə tutur. Dördüncü şəxsə isə həmin maddənin 2-ci hissəsinin
"g", "d" bəndləri və 3-cü hissəsi ilə ittiham irəli sürülüb ki, bu
maddə üzrə də 7 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə
bilər.
Keçirilən birgə tədbirlər nəticəsində indiyədək daha iki mütəşəkkil
qrup aşkar edilib, 3 nəfər saxlanılıb, 6 nəfər barəsində isə
cinayət təqibinə başlanılıb.
Prokurorluq təqsirləndirilən şəxslər barəsində qətimkan tədbirinin
seçilməsi vəsatəti ilə qanunla müəyyən edilmiş müddətdə Tbilisi
Şəhər Məhkəməsinə müraciət edəcək. Hadisə ilə bağlı digər mümkün
iştirakçıların müəyyən edilməsi istiqamətində istintaq davam
edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.