Sakstatın 2025-ci il məlumatlarına görə, Gürcüstanda son 5 il
ərzində balıq istehsalı azalıb.
Daha konkret desək, rəsmi statistikaya əsasən, 2025-ci ildə ölkədə
ümumilikdə 2 445 ton balıq istehsal olunub. Müqayisə üçün, 2021-ci
ildə istehsal 2 861 ton, 2022-ci ildə – 2 791 ton, 2023-cü ildə – 2
469 ton, 2024-cü ildə isə – 2
452 ton təşkil edib.
Bununla yanaşı, ötən il akvakultura təsərrüfatları tərəfindən
istehsal olunan balığın 94.2%-i realizə edilib.
Sakstata görə, 2025-ci ildə Gürcüstanda akvakultura istehsalının
89%-i ailə təsərrüfatlarının, 11%-i isə müəssisələrin payına
düşüb.
Regional bölgüyə gəlincə, ən çox akvakultura təsərrüfatı
Sameqrelo-Zemo Svaneti və Kaxeti bölgələrində yerləşib.
Təsərrüfatların sayına görə lider olan 5 bölgə belədir:
- Sameqrelo-Zemo Svaneti – 23.5%
- Kaxeti – 22.6%
- Şida Kartli – 19.7%
- Acarıstan – 7.5%
- Quriya – 7%
Qeyd etmək lazımdır ki, Geostat tərəfindən dərc olunmuş məlumatlara
görə, 2025-ci ildə, 2021-ci il ilə müqayisədə, bütün əsas balıq
növləri bahalaşıb. Xüsusilə Avropa yayım balığının (naqqa) qiyməti
diqqət çəkir, hansı ki yalnız bir il ərzində, 2024-cü il ilə
müqayisədə, təxminən 70% artaraq 12.4 laridən 21 lariyə
yüksəlib.
Sakstatın məlumatlarına görə, 2025-ci ildə Gürcüstanda balığın (1
kq, təsərrüfat qapısında) qiymətləri və son 5 ilin dinamikası belə
olub:
- Göyqurşağı alablığı – 16.3 lari (2021 – 11 lari; 2022 – 15
lari; 2023 – 14.2 lari; 2024 – 14 lari);
- Karpat çapağı – 12.2 lari (2021 – 11.9 lari; 2022 – 15.7 lari;
2023 – 15.8 lari; 2024 – 15.1 lari);
- Ağ amur – 9.4 lari (2021 – 7.3 lari; 2022 – 9 lari; 2023 – 8.2
lari; 2024 – 7.5 lari);
- Ağ və əlvan qalınalın – 6.7 lari (2021 – 5.4 lari; 2022 – 5.4
lari; 2023 – 6.1 lari; 2024 – 6.2 lari);
- Rusiya və Sibir nərəsi – 30.7 lari (2021 – 27.6 lari; 2022 – 26
lari; 2023 – 21.1 lari; 2024 – 25.9 lari);
- Avropa naqqa balığı – 21 lari (2021 – 17.1 lari; 2022 – 19.3
lari; 2023 – 14.9 lari; 2024 – 12.4 lari).
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.