Kiribati ümumi daxili məhsulunun 16.4%-ni təhsilə xərcləyir ki,
bu da dünyada ən yüksək paydır.
Bu barədə 181 ölkənin məlumatlarını əhatə edən "Visual Capitalist"
nəşrində qeyd olunub.
Nəşrin yazdığına görə, gəlir səviyyələrinin fərqliliyinə
baxmayaraq, ölkələrin əksəriyyəti ÜDM-nin 4%-dən 6%-ə qədərini
təhsilə investisiya edir. Lakin nəzərə almaq lazımdır ki, təhsilə
ÜDM-dən daha yüksək payın ayrılması avtomatik olaraq daha
yaxşı
nəticələrə zəmanət vermir.
Burada həlledici məqam bu resursun nə dərəcədə səmərəli
xərclənməsidir - tədrisin keyfiyyəti, tədris proqramları, təhsilin
idarə edilməsi və əlçatanlığı baxımından. Müvafiq olaraq, oxşar
xərclərə malik ölkələr təhsil sahəsində bir-birindən əhəmiyyətli
dərəcədə fərqli nəticələrə malik ola bilərlər.
Məlumatlar göstərir ki, reytinqin ön sıralarında kiçik ada
dövlətləri üstünlük təşkil edir - Kiribati ÜDM-nin 16.4%-i ilə
liderdir, ondan sonra Tuvalu (12.9%) və Mikroneziya (11.6%)
gəlir.
Təhsilə ÜDM-in ən böyük payı düşən 10 ölkə belə görünür:
- Kiribati - 16.39%;
- Tuvalu - 12.85%;
- Mikroneziya - 11.56%;
- Namibiya - 9.08%;
- Əlcəzair - 8.98%;
- Kuba - 8.44%;
- Solomon Adaları - 8.29%;
- Botsvana - 8.06%;
- Marşall Adaları - 7.7%;
- Vanuatu - 7.64%.
Əgər dünyanın iri iqtisadiyyatlarını nəzərdən keçirsək, təhsilə
ayrılan ÜDM payı ilə İsveç liderlik edir (7.3%), onu isə Danimarka
(6.4%) izləyir.
Xüsusilə, 10 ən iri iqtisadiyyatın təhsilə ayrılan xərclərinin
ÜDM-dəki payı belədir:
- İsveç - 7.3%;
- Danimarka - 6.4%;
- Belçika - 6.3%;
- Cənubi Afrika - 6%;
- İsrail - 5.9%;
- Birləşmiş Krallıq - 5.9%;
- Braziliya - 5.6%;
- Norveç - 5.4%;
- ABŞ - 5.4%;
- Cənubi Koreya - 5.4%.
Gürcüstana və qonşu ölkələrə gəlincə, ÜDM-də təhsilə nəzərdə
tutulmuş payla birinci yerdə Rusiyadır, sonuncu yeri isə Ermənistan
tutur.
Daha konkret, Gürcüstanın qonşu ölkələri arasında növbəti
göstəricilərdir:
- Rusiya (qlobal reytinqdə 95-ci yer) - ÜDM-nin 4.16%-i;
- Gürcüstan (104-cü yer) - ÜDM-nin 3.98%-i;
- Azərbaycan (115-ci yer) - ÜDM-nin 3.66%-i;
- Türkiyə (136-cı yer) - ÜDM-nin 3.1%-i;
- Ermənistan (157-ci yer) - ÜDM-nin 2.44%-i.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.