Xaşuri Bələdiyyə Məclisinin sədrinin sabiq müavini Levan
Qamrekeli külli miqdarda oğurluq ittihamı ilə həbs olunduqdan sonra
azadlığa buraxılıb.
Prokurorluq bildirir ki, o, dövlətə vurduğu ziyanın bir hissəsini –
2 milyon larini artıq ödəyib. Barəsində seçilmiş həbs qətimkan
tədbiri isə 10 000 lari məbləğində girovla əvəz olunub.
Prokurorluqdan bildirilib:
"Vurulmuş ziyanın qalan hissəsinin ödənilməsi üçün
təqsirləndirilən şəxsə konkret müddət verilib. Həmçinin qeyd
edilməlidir ki, təqsirləndirilən Levan Qamrekelinin daşınar və
daşınmaz əmlakı, eləcə də bank hesabları üzərinə həbs qoyulub.
Levan Qamrekelinin cinayət işi hazırda məhkəmədə mahiyyəti üzrə
baxılması mərhələsindədir."
Qurumun məlumatına görə:
"İstintaqla müəyyən edilib ki, Levan Qamrekeli Xaşuri
Bələdiyyə Məclisinin sədr müavini vəzifəsində işlədiyi dövrdə Paata
Nozadze və Roman Metivişvili ilə birlikdə mütəşəkkil cinayətkar
qrup yaradıb. Qrupun üzvləri 2020–2023-cü illər ərzində Şida Kartli
regionunda yerləşən, dövlətə məxsus və ümumi dəyəri 5 000 000 lari
olan boru kəmərlərini gizli şəkildə mənimsəyiblər. Nəticədə dövlətə
külli miqdarda maddi ziyan dəyib."
Onlara Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 4-cü
hissəsinin "a" və "b" bəndləri (mütəşəkkil qrup tərəfindən külli
miqdarda oğurluq törədilməsi) ilə ittiham irəli sürülüb. Bu maddə
10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Levan Qamrekeli 2017–2025-ci illərdə Xaşuri bələdiyyə məclisinin
majoritar deputatı olub.
Avqust ayında "Kartlis Ambebi" nəşri yazırdı ki, o, 2025-ci il
bələdiyyə seçkilərində hakim "Gürcü Arzusu" partiyasının Xaşuri
meri vəzifəsinə namizədi olacağı barədə yayılan məlumatı təkzib
edib. Həmin nəşrin məlumatına görə, onun adı bələdiyyə məclisinə
deputatlığa namizədlərin siyahısına da daxil edilməyib və noyabrın
1-də o, özünün "Facebook" səhifəsində Xaşuri Bələdiyyə Məclisindəki
fəaliyyətini başa vurduğunu açıqlayıb.
Bir neçə il əvvəl "Formula" televiziya şirkəti Levan Qamrekeliyə və
onun ailə üzvlərinə məxsus şirkətlərin "şübhəli şəkildə udduğu
tenderlər" barədə məlumat yayımlamışdı.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.