Sarpi gömrük-keçid məntəqəsində 135 545 lari dəyərində bəyan edilməmiş qızıl və gümüş aşkar edilib

"Sarpi" gömrük-keçid məntəqəsində külli miqdarda qızıl və gümüş məmulatlarının qanunsuz idxalının qarşısı alınıb.



Gömrük məmurları tərəfindən xarici ölkə vətəndaşının fiziki axtarışı, eləcə də idarə etdiyi avtomobilə ətraflı baxış keçirilməsi nəticəsində bəyan edilməmiş qiymətli metallar aşkar olunub. Məcburi bəyan edilməli olan 420 qram qızıl və 27 qram gümüş məmulatları vətəndaş tərəfindən kiçik əl çantası və avtomobilin salonundakı
gizli yerlərdə saxlanılıb.

Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 135 545 lari təşkil edib.

Xidmətin məlumatına görə, işin materialları növbəti tədbirlərin görülməsi üçün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google