Rusiyanın Çelyabinsk şəhərində 26 yaşlı kişi travmatik tapança
ilə digər sürücünü güllələyib.
Bu barədə 74.RU nəşri məlumat yayıb.
Hadisə şahidinin sözlərinə görə, sürücülərdən biri növbəyə əməl
etmədən avtomobilinə yanacaq doldurmağa cəhd edib. Ona irad
bildirildikdə isə silah çıxararaq atəş açıb.
"Həmin şəxsə dedilər ki, yanacaq doldurmaq üçün növbəyə
dayansın, amma o, belə davranmaq istəmədi. Hamı belə etsə, nə baş
verər? Bizim maşında uşaqlar var idi, güllə hara dəyə bilərdi?
Güllə zərərçəkənin qarnına dəydi və çoxlu qan
itirdi", – nəşr şahidin sözlərini sitat gətirir.
Atəş açan şəxs hadisə yerindən qaçsa da, polis onu saxlayıb. Polis
74.RU-ya bildirib ki, onun barəsində cinayət işi başlanılıb.
Yaralanan şəxs Çelyabinskdəki 3 saylı Regional Xəstəxanaya
yerləşdirilib.
Rusiyanın demək olar ki, bütün regionlarında, həmçinin ilhaq
edilmiş Krımda və işğal altındakı Ukrayna ərazilərində yanacaq
qıtlığı və yanacaqdoldurma məntəqələrində növbələr müşahidə olunur.
Bu vəziyyət Ukraynanın Rusiyanın neft emalı zavodlarına və digər
neft infrastruktur obyektlərinə endirdiyi zərbələr fonunda yaranıb.
Rusiya hakimiyyəti benzinin, dizel yanacağının və aviasiya
yanacağının ixracını qadağan edib.
Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak yanacaq idxalına
başlanıldığını və aşağı keyfiyyətli neft məhsullarından istifadə
etməklə əlavə istehsal həcminin artırılacağını açıqlayıb. Reuters
agentliyinin məlumatına görə, hazırda Rusiyada benzin istehsalı
mövsümi tələbatın cəmi 65 faizini qarşılayır.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.