TRIPP+ fonduna Sokolov rəhbərlik edəcək

Ermənistan hökuməti bu gün – iyulun 16-da ABŞ ilə TRIPP marşrutu üzrə çərçivə sazişinin ratifikasiyası haqqında qanunu təsdiqləyəcək.

AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, bundan sonra Konstitusiya Məhkəməsi sazişin konstitusiyaya uyğunluğunu müzakirə edəcək və daha sonra təsdiq üçün parlamentə təqdim ediləcək.

TRIPP sazişi ABŞ dövlət katibi Marko Rubionun Yerevana qısa səfəri zamanı paraflanıb və iyunun 4-də
tərəflər onu imzalayıb.

Britaniyanın "The Guardian" qəzeti isə xəbər verir ki, Konstantin Sokolov TRIPP+ fondunun rəhbəri təyin olunacaq. Qəzetin yazdığına görə, ABŞ Dövlət Departamenti ötən həftə bu təyinatı təsdiqləyib.

Rusiyada doğulmuş Konstantin Sokolov özəl kapital investorudur, Çikaqoda yaşayır. O, Ermənistandan keçərək Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək ticarət dəhlizi üçün 200 milyon dollardan çox vəsaitə, o cümlədən nəqliyyat, enerji infrastrukturu və əsas minerallara investisiyalara nəzarət edəcək. Qəzet Sokolovun əvvəllər dövlət vəzifələrində çalışmadığını əlavə edib.

Qəzet qeyd edir ki, Sokolov ABŞ prezidenti Donald Trampın dəbdəbəli Ağ Ev salonunun təmiri üçün maliyyə vəsaiti ayıran 36 donordan biridir. Bu layihənin 350 milyon dollar olduğu təxmin edilir. Konstantin Sokolovun ianəsinin məbləği bəlli deyil.

Sokolov Ermənistanda ən böyük telekommunikasiya operatorlarından olan “Viva Armenia”nın sahiblərindən biri kimi tanınır. Viva Armenia bu yaxınlarda başqa bir operator olan “Rostelecom”da da səhmlər əldə edib.

Ermənistanla ABŞ-nin imzaladığı sazişə əsasən, ABŞ-Ermənistan birgə müəssisəsi yaradılacaq və o, Ermənistan-İran sərhədi boyunca inşa ediləcək dəmir və avtomobil yollarını, enerji xətlərini, eləcə də digər infrastruktur obyektlərini ən azı 49 il müddətinə idarə etmək hüququ qazanacaq. "TRIPP Development Company"nin (TDC) 74 faiz payı ABŞ hökumətinə məxsus olacaq.

TRIPP ilə bağlı razılaşma ötən il avqustun 8-də Vaşinqtonda əldə olunub. Həmin gün Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Həmin sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdıqları və qarşılıqlı iddiaları dayandırdıqları bəyan edilib.





 

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google