"225 video-cəriməsi var idi" – Ana və azyaşlı övladının ölümünə səbəb olan sürücü barəsində həbs qətimkan tədbiri seçilib

İki gün əvvəl Qori şəhərində ana və azyaşlı övladının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən,

"spirtli içkinin təsiri altında olan sürücü" Revaz Elizbaraşvili barəsində Qori Rayon Məhkəməsi həbs qətimkan tədbiri seçib.

Qərar iyulun 15-də Qori Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Prokuror Şorena Mqaloblişvili yerli "Kartlis Ambebi" nəşrinə bildirib ki, təqsirləndirilən şəxsə, o cümlədən sürət həddini aşdığına görə, ümumilikdə 225 video-cərimə tətbiq olunub.

İttihama
görə, 35 yaşlı Elizbaraşvili iyulun 13-də spirtli içkinin təsiri altında avtomobil idarə edərkən Çavçavadze küçəsində ana və azyaşlı övladını vurub.

Qadın xəstəxanaya çatdırıldıqdan qısa müddət sonra vəfat edib. Səhərə yaxın isə xəstəxanada 3 yaşlı uşaq da dünyasını dəyişib.

Avtomobilin sürücüsü polis tərəfindən hadisə yerindən bir neçə on metr aralıda saxlanılıb.

Ona Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 9-cu hissəsi ilə ittiham irəli sürülüb: "Spirtli içkinin təsiri altında avtomobil idarə edərkən yol hərəkəti təhlükəsizliyi qaydalarını pozma nəticəsində iki nəfərin ölümünə səbəb olma."

Bu maddə 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

"TV Pirveli" telekanalının məlumatına görə, saxlanılan şəxs ittihamı etiraf edir. O, məhkəmə iclasında vəkil olmadan iştirak edib.
• Son 10 ildə – 2015–2025-ci illər ərzində Gürcüstan yollarında baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 5 324 nəfər həyatını itirib.
• Təkcə 2025-ci ildə Gürcüstanda baş vermiş yol-nəqliyyat hadisələrində 469 nəfər həlak olub. Onlardan 28-i uşaq, 164-ü isə piyada olub.
• 2025-ci ildə qeydə alınan yol-nəqliyyat hadisələrinin və bu hadisələr nəticəsində xəsarət alanların statistikası 2018-ci ildən bəri ən yüksək göstərici olub. Həlak olanların sayı isə 2019-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.
• Yol-nəqliyyat hadisələrinin 43 faizi Tbilisidə baş verir, ölənlərin sayı isə ən çox İmereti bölgəsində qeydə alınıb.
• İmeretidən sonra yol qəzalarında ölüm göstəricisi Tbilisi və Kaxeti bölgələrində daha yüksəkdir.


 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google