Diplomatiya hələ də ayaqdadır, Vaşinqton və Tehran danışıqlara
qayıtmazdan əvvəl mövqelərini gücləndirməyə çalışırlar.
Bunu AzadlıqRadiosuna müsahibəsində Yaxın Şərq üzrə tanınmış
ekspert Frensis Qreqori Qaus deyir. Bu arada ABŞ İrana zərbələri,
Hörmüzdə blokadanı bərpa edib, İran isə Körfəzdə hücumları
artırırb.
“Tərəflərdən heç biri digərini tam məğlub edə bilməz”
Təhlilçi diplomatik kanalların hələ də açıq olduğunu deyir.
Onun
fikrincə, tərəflər arasında hətta anlaşma memorandumu çərçivəsində
ortaq mövqe tapmaq mümkün olmayıb.
“Aydındır ki, Tramp administrasiyası anlaşma
memorandumunun vəziyyəti sadəcə əvvəlkinə qaytaracağını düşünürdü.
O da aydındır ki, İran memorandumu ona Hörmüz boğazının idarə
edilməsində birbaşa rol verən və gələcəkdə həmin boğazdan keçən
gəmilərdən ödəniş almaq imkanı yaradan sənəd kimi qəbul edib.
Tərəflərin belə fundamental məsələ üzrə razılığa gələ bilməməsi
memorandumun ciddi qüsurlara malik olduğunu
göstərirdi”, – o bildirir.
Təhlilçinin dediyinə görə, ABŞ və İranın hərbi zərbələri yenidən
başlamasına baxmayaraq, o, danışıqlar masasına qayıtmaqdan başqa
alternativ görmür: “Çünki tərəflərdən heç biri digərini tam məğlub
edə bilməz. Biz bunu aprel və may aylarında münaqişənin ən gərgin
dövründə də gördük. Nəticədə həm İranı, həm də ABŞ-ı danışıqlara
qaytaran eyni amillər yenidən öz təsirini göstərəcək”.
Frensis Qreqori Qaus deyir ki, son zərbələr növbəti danışıqlar
mərhələsində daha güclü mövqe əldə etməyə hesablanıb:
“Ona görə də hesab edirəm ki, hərbi strategiyanın əsas
məqsədi İranda iqtisadi itkiləri, hərbi tələfatı və infrastrukturun
dağıdılmasını artırmaqla Tehranı yenidən danışıqlar masasına
qaytarmaqdır. Bundan sonra isə ABŞ tərəfinin daha peşəkar
danışıqlar aparması nəticəsində həqiqətən uzunömürlü ola biləcək
razılaşma, anlaşma memorandumu və ya atəşkəs əldə edilə
bilər”.
“Danışıqlar aylarla, hətta illərlə davam edir”
Hazırkı zorakılıq dalğası danışıqlar yolu ilə başa çatan bir çox
müharibənin keçdiyi mürəkkəb prosesə bənzəyir. Bunu isə Dəniz
Analizləri Mərkəzinin (CNA) baş tədqiqat direktoru, qeyri-ənənəvi
müharibələr üzrə tanınmış amerikalı ekspert Conatan Şroden
deyir.
“Hazırda gördüklərimiz danışıqlar yolu ilə başa çatan
müharibələrin adətən necə inkişaf etdiyini yetərincə aydın
göstərir... Tərəflər anlaşma memorandumu imzaladıqları vaxtdan
bəri, təxminən son bir ay ərzində bu çərçivədə danışıqları davam
etdirirlər. Amma atəşkəslə başa çatan müharibələrin tarixini
araşdırsanız, görərsiniz ki, əksər hallarda həm atəşkəs, həm də
danışıqlar prosesi dəfələrlə pozulur. Bəzi hallarda danışıqlar
aylarla, hətta illərlə davam edir. Müəyyən irəliləyiş əldə olunur,
tərəflər görüşür, sonra danışıqlar dalana dirənir və hərbi
əməliyyatlar yenidən başlayır”, – təhlilçi
vurğulayır.
Hörmüzün təminatçısı olmaq çətin məsələdir
ABŞ Hörmüzdə blokadanı bərpa etdiyini bildirib. Prezident Donald
Tramp ABŞ-nin Hörmüzün “mühafizəçisi” olacağını bəyan edib.
Conatan Şroden ABŞ-nin bu blokadanı davam etdirmək üçün bölgədə
kifayət qədər dəniz qüvvəsinə malik olduğunu, ABŞ Hərbi Dəniz
Qüvvələri öz vəzifəsini yerinə yetirmək üçün yaxşı mövqedə olduğunu
deyir.
“Daha çətin məsələ isə Hörmüz boğazından təhlükəsiz
keçidin təminatçısı olmaqdır. Bu, xeyli mürəkkəb vəzifədir. Boğaz
çox dardır. Təhlükələr dənizin altından başlayır – əsasən müxtəlif
növ dəniz minaları şəklində. İranın nə qədər mina yerləşdirdiyini
isə dəqiq bilən yoxdur. Son vaxtlar bu rəqəmin 80-ə qədər olduğu
barədə qiymətləndirmələr görmüşəm. Bu da əvvəlki hesablamalardan
xeyli yüksəkdir”, – o əlavə edir.
Şroden söyləyir ki, ABŞ Hərbi Dəniz Qüvvələri bu vəzifəni yerinə
yetirə bilər: “Onların bu təhlükələrə qarşı idarəolunan raketlərlə
təchiz edilmiş esminesləri var. Bu gəmilər həm özlərini, həm də
müşayiət etdikləri məhdud sayda ticarət gəmisini qoruya bilərlər.
Ancaq bunu davamlı şəkildə təkrarlamaq zaman keçdikcə getdikcə daha
təhlükəli olur”.
Hər iki müsahibəni AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri
Aleks Raufoğlu alıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.