2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin növbəti
oyunu keçirilib.
Finalın ikinci iştirakçısı İngiltərə və Argentina yığmaları
arasındakı matçdan sonra müəyyənləşib.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Matçın ilk hissəsində hesab açılmayıb: 0:0.
İkinci hissədə İngiltərə hesabı açıb. 55-ci dəqiqədə Antoni Qordon
fərqlənib: 1:0.
85-ci dəqiqədə hesab bərabərləşib. Argentinanın heyətində Enzo
Fernandez bərabərlik
qolunu vurub: 1:1.
Oyunun 92-ci dəqiqəsində Argentina yığması geridönüş edərək hesabda
önə keçib. 90+2-ci dəqiqədə Lautaro Martinez fərqlənib: 2:1.
Matç bu hesabla başa çatıb və Argentina finala yüksəlib.
Argentina finalda İspaniya yığması ilə üz-üzə gələcək.
İngiltərə isə Fransa ilə üçüncü yer uğrunda matçda qüvvəsini
sınayacaq.
15.07.2026
İlk finalçı bəlli oldu: İspaniya
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə
dünya çempionatında ilk finalçı bəlli olub.
Yarımfinalda Fransa yığmasını 2:0 hesabı ilə məğlub edən İspaniya
yığması həlledici görüşə vəsiqə qazanıb.
Hesabı 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Mikel
Oyarsabal açıb. Digər qolu isə 58-ci dəqiqədə Pedro Porro
vurub.
İspaniyanın finaldakı rəqibi Argentina - İngiltərə oyununun qalibi
olacaq. Qarşılaşma bu gün saat 23:00-da başlayacaq.
Dünya çempionatına iyulun 19-da yekun vurulacaq. İyulun 19-da
final, ondan bir gün əvvəl isə üçüncülük oyunu keçiriləcək.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi bu futbol üzrə dünya
çempionatı iyunun 11-də start götürmüşdü. Mübarizəyə 48 yığma
qoşulmuşdu.
Bundan əvvəlki futbol üzrə Dünya Kuboku 20 noyabr - 18 dekabr
2022-ci il tarixləri arasında Qətərdə baş tutmuşdu. Onda finalda
Argentina yığması Fransa yığmasını məğlub etmişdi.
Bütün dünyanın diqqət mərkəzində olan bu futbol yarışı artıq 23-cü
dəfədir keçirilir.
Buna qədər Braziliya 5, Almaniya 4, İtaliya 4, Argentina 3, Uruqvay
2, Fransa 2, İspaniya və İngiltərə də hərəsi bir dəfə çempion adına
yiyələnib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.