Marneulidə dördüncü mərtəbədən yıxılan qadın reanimasiyadadır
Marneulidə yaşayış binasının dördüncü mərtəbəsindən yıxılan qadının səhhəti hələ də ağır olaraq qalır.

Marneulidəki “Aversi” klinikasından “Marneuli” radiosuna verilən məlumata görə, pasiyent reanimasiya şöbəsində müalicəsini davam etdirir.

Klinikadan bildirdilər ki, qadın əməliyyat olunub və hazırda həkimlərin nəzarəti altında müalicəsini davam etdirir.

Hadisə iyulun 16-da baş verib. Xəsarət alan qadın təcili tibbi yardım briqadası tərəfindən Marneulidəki “Aversi” klinikasına yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə araşdırmaya başlayıb. Həmin maddə intihar həddinə çatdırmanı nəzərdə tutur. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google