Hökumətin qərarı ilə Ətraf Mühitin Mühafizəsi və Kənd
Təsərrüfatı Nazirliyinin sistemində yeni qurum – Milli Qastronomiya
Agentliyi yaradılıb.
Nazirliyin məlumatına görə, agentlik ölkənin qastronomik irsinin
qorunması, inkişafı, təbliği və beynəlxalq tanınmasının
gücləndirilməsi, həmçinin qastronomiya sahəsində vahid dövlət
siyasətinin (strategiyasının) formalaşdırılması və həyata
keçirilməsi məqsədilə təsis edilib.
Hazırkı mərhələdə agentliyin rəhbərinin vəzifələrini müvəqqəti
olaraq Ətraf Mühitin Mühafizəsi və
Kənd Təsərrüfatı nazirinin
müavini Laşa Avaliani icra edəcək.
Nazirliyin bildirdiyinə görə, Milli Qastronomiya Agentliyi
Gürcüstanın qastronomik irsinin tədqiqi, qorunması və təbliğini,
müvafiq hüquqi mexanizmlərin təkmilləşdirilməsini, dövlət
qurumları, özəl sektor və digər maraqlı tərəflər arasında səmərəli
koordinasiyanı, eləcə də yerli məhsulların həm daxili, həm də
beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasını təmin
edəcək.
"Agentliyin fəaliyyəti regional inkişaf prosesinə, kənd
təsərrüfatının şaxələndirilməsinə və ənənəvi yerli məhsulların
kommersiyalaşdırılmasına töhfə verəcək. Bu isə kənd yerlərində
yaşayan əhalinin gəlirlərinin artmasına, yerli istehsalın
güclənməsinə və kənd iqtisadiyyatının inkişafının təşviqinə şərait
yaradacaq.
Milli Qastronomiya Agentliyinin fəaliyyəti, həmçinin Gürcüstanın
turizm potensialının, xüsusilə aqroturizm və qastronomik turizmin
inkişafı istiqamətində mühüm rol oynayacaq.
Bununla yanaşı, coğrafi göstəricilərin və mənşə adlarının qorunması
və tətbiqi təcrübəsi daha da gücləndiriləcək ki, bu da gürcü
məhsullarının keyfiyyətinin, autentikliyinin və nüfuzunun
qorunmasını, eləcə də istehlakçı etimadının artmasını təmin
edəcək", – Ətraf Mühitin Mühafizəsi və Kənd
Təsərrüfatı Nazirliyinin yayımladığı məlumatda bildirilir.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.