Azərbaycan Çeçenistanda AZAL təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya uçuşları bərpa edir

Azərbaycan, Bakıdan Qroznıya uçan Azerbaijan Airlines (AZAL) təyyarəsinin qəzaya uğramasından sonra ləğv edilmiş Rusiya istiqamətində bir neçə marşrut üzrə birbaşa aviareysləri yaxın vaxtlarda bərpa edəcək.


Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə keçirdiyi danışıqlardan sonra məlumat verib.

“2024-cü ilin dekabrında baş vermiş məlum faciəli hadisədən sonra dayandırılmış bir
neçə istiqamət üzrə birbaşa reyslərin yaxın vaxtlarda bərpa olunacağı gözlənilir”,
– deyə Bayramov bildirib. Onun sözlərini Rusiyanın dövlət informasiya agentliyi TASS yayıb.

15 aprel tarixində Azərbaycan və Rusiyanın Xarici İşlər nazirlikləri 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş sərnişin təyyarəsi qəzası ilə bağlı birgə bəyanat yayıblar. Həmin qəza nəticəsində 38 nəfər həlak olmuşdu. Bəyanatda qeyd olunurdu ki, “tərəflər nəticələrin aradan qaldırılması, o cümlədən kompensasiya məsələsi ilə bağlı razılığa gəliblər”.

Embraer 190 təyyarəsi Bakıdan Qroznıya uçarkən Rusiya ərazisi üzərində havada zədələnmişdi. Təyyarə Xəzər dənizi üzərindən uçaraq Aktauya çatmağa müvəffəq olsa da, eniş zamanı qəzaya uğramışdı. Qəza nəticəsində 38 nəfər həyatını itirmiş, 29 nəfər isə sağ qalmışdı.

Təyyarə qəzasından bir gün sonra Reuters və Euronews, Azərbaycandakı mənbələrə istinadən, qəzanın Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən buraxılmış raket nəticəsində baş verdiyini bildirmişdilər. Məlumata görə, pilotlar təcili eniş üçün icazə istəsələr də, Rusiyanın heç bir hava limanına enmələrinə icazə verilməmişdi. Təyyarəyə Xəzər dənizi üzərindən Aktau istiqamətində uçmaq göstərişi verilmiş, eyni zamanda onun naviqasiya sistemləri işləmirdi.

Azərbaycan Prezidenti İlham Əliyev təyyarənin qəzaya uğramasına görə Rusiyanı açıq şəkildə məsuliyyət daşımaqda ittiham etmiş, Rusiya rəhbərliyindən “humanist davranış” və kompensasiya tələb etmişdi. Rusiya Prezidenti Vladimir Putin təyyarə qəzasından dörd gün sonra Əliyevdən üzr istəsə də, Moskva hadisəyə görə məsuliyyət daşıdığını rədd etmişdi.

Rusiyanın təyyarə qəzasına görə məsuliyyəti qəbul etməməsi fonunda Bakı ilə Moskva arasında münasibətlər pisləşmişdi. Belə ki, Azərbaycan Rusiya vətəndaşları üçün immiqrasiya qaydalarını sərtləşdirmiş, Bakıda fəaliyyət göstərən “Rus Evi”ni bağlamışdı. May ayında İlham Əliyev Moskvada keçirilən Qələbə Günü paradında iştirak etməmiş, Azerbaijan Airlines (AZAL) isə Rusiyanın bir neçə şəhərinə uçuşları ləğv etmişdi.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google