Ukrayna 'Wildberries'in Krasnodar və Nevinnomıssk anbarlarına zərbələr endirib
Ukrayna hərbçiləri iyulun 22-nə keçən gecə Rusiyanın ən iri onlayn ticarət şirkətlərindən olan "Wildberries"in logistika mərkəzi və paylama anbarını vurub.
rasnodarda və Stavropol diyarının Nevinnomıssk şəhərində yerləşən iki anbarda yanğın alovlanıb.

Bundan əvvəl, iyulun 18-i və 20-də Ukrayna Silahlı Qüvvələri "Wildberries"in Moskvadakı üç anbarına (onlardan ikisində yanğın qeydə alınmış, biri tamamilə külə dönmüşdü) və Volqoqrad vilayətinin
Kotovsk şəhərində yerləşən anbarına da zərbələr endirmişdi.

Krasnodardakı "Wildberries" anbarında yanğının söndürülməsinə 105 əməkdaş və 37 texnika cəlb olunub. Bu barədə məlumatı regionun Operativ Qərargahı yayıb.

Rusiya "Telegram" kanallarının xəbərlərinə görə, dron hücumu nəticəsində Krasnodar diyarında beş nəfər, Stavropol diyarında isə 3 nəfər xəsarət alıb.

Daha sonra Stavropol diyarının qubernatoru Vladimir Vladimirov Nevinnomıssk şəhərinin kənarında yerləşən anbar kompleksinin vurulmasını təsdiqləyib, yaralı sayının beş nəfərə çatdığını bildirib.

"Wildberries" şirkətinin rəhbəri Tatyana Kim də Krasnodar və Nevinnomıssk şəhərlərindəki anbar mərkəzlərinə hücumları təsdiqləyib, əməkdaşlara operativ təxliyəyə görə təşəkkür edib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google