Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin
Qardabani Rayon Şöbəsinin əməkdaşları qrup halında zorakılıq
törətmək ittihamı ilə iki şəxsi saxlayıblar.
Nazirliyin məlumatına görə, istintaqla müəyyən edilib ki,
təqsirləndirilən şəxslər məişət zəminində baş verən mübahisə zamanı
həmkəndliləri olan kişiyə fiziki zor tətbiq edərək hadisə yerindən
qaçıblar. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq
tədbirləri nəticəsində hər iki şəxs qısa müddət sonra
saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 2 ilə qədər azadlıqdan
məhrum etmə cəzasını nəzərdə tutan 126-cı prima maddəsinin 1-ci
hissəsi ilə istintaq aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415