Sarpi və Potidə külli miqdarda silahın ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb — 2 şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları

Gürcüstana külli miqdarda odlu silahın qanunsuz gətirilməsi faktının qarşısını alıblar və iki nəfəri saxlayıblar. Onlardan biri xarici ölkə vətəndaşıdır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları "Sarpi" gömrük-keçid məntəqəsi və Poti dəniz limanında yerləşən tərtibat iqtisadi zonasının ərazilərində təqsirləndirilən şəxslərə məxsus avtomobillərə baxış keçirməsi nəticəsində maddi sübüt
kimi 500-dək döyüş patronu, 2 pnevmatik idman silahı, 2 000-dən çox güllə gilizi, 900-dək giliz mərmisi və odlu silah patronları üçün nəzərdə tutulmuş 2,5 kiloqram barut götürüblər.


İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 19-236-cı və 19-214-cü maddələri ilə aparılır ki, bu da 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 

Print Email
FaceBook Twitter Google