Tbilisidə külli miqdarda pulu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən bir nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin və Detektivlər Baş İdarəsinin əməkdaşları,

külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmək ittihamı ilə bir nəfəri məhkəmənin qərarı əsasında saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs dostuna onlayn hərrac vasitəsilə avtomobil almaqda və onu Gürcüstana nəqliyyat etməkdə köməklik göstərəcəyinə söz verib. Bu bəhanə ilə o, zərərçəkəndən külli miqdarda pul
alıb, lakin vədinə əməl etməyərək ona məxsus 16 800 ABŞ dollarını dələduzluq yolu ilə, qanunsuz olaraq mənimsəyib.

Həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar.


İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır ki, bu da 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 

Print Email
FaceBook Twitter Google