ABŞ prezidenti Donald Tramp həftəsonu iki etirazçının edamından
sonra İran rəhbərliyini sərt tənqid atəşinə tutub.
O, İran rəsmilərini "vəhşilər" adlandırıb.
İran iyulun 19-da iki nəfərin edam olunduğunu açıqlayıb. Onlar
hökumətə qarşı yanvar etirazları ilə bağlı ittiham olunublar.
Tramp "Truth Social" platformasında İrfan İsfəndiyari və
Gül-Məhəmməd Məhəmmədinin edamı ilə bağlı bir neçə paylaşım edib.
Məhəmmədinin edamı barədə belə yazıb: "Bu, öldürülən 52 mindən çox
günahsız etirazçının sonuncusudur. Vəhşilər!!!".
İranda 52 min etirazçının öldürüldüyü
barədə iddianı müstəqil
mənbələrlə təsdiqlətmək mümkün olmayıb.
İnsan haqları qrupları etirazlarda azı 7 min nəfərin həyatını
itirdiyini deyirlər. Amma real rəqəmin xeyli yüksək olduğu güman
edilir.
İranlı jurnalistin postunu paylaşıb
Tramp iyulun 21-də başqa bir postda İsfəndiyarinin fotosu ilə
birlikdə "Zəhmət olmasa, kömək edin. Onların səsi olun" çağırışını
yenidən bölüşüb. O, əlində "Bizi öldürməyin" yazılmış plakat tutan,
yanan İran bayrağı qarşısında göz yaşı tökən qadının şəklini də
yayıb.
Bir gün əvvəl Tramp iranlı jurnalist və fəal Məsih Əlinejadın
İsfəndiyarinin edamı ilə bağlı paylaşımını yenidən yaymışdı.
İsfəndiyari və Məhəmmədi yanvar etirazları zamanı İsfahanda dörd
polis əməkdaşının qətlində əlaqəli olmaqda təqsirli biliniblər.
İnsan haqları qrupları ittihamların saxta olduğunu, məhkəmə
prosesinin müstəqil vəkillərin iştirakı olmadan keçirildiyini
bildirirlər.
İran hakimiyyəti iğtişaşlar zamanı 3 mindən çox insanın öldüyünü
açıqlayıb, bunu ABŞ və İsrailin dəstəklədiyi "terror aktları" ilə
əlaqələndirib.
Trampın edamlarla bağlı son açıqlamaları isə onun müharibədən
əvvəlki ritorikasını yada salır.
Yanvar etirazları vaxtı Tramp dəfələrlə Tehranın sərt müdaxiləsini
pisləmiş, ABŞ-nin hərbi müdaxiləyə əl ata biləcəyi barədə
xəbərdarlıq etmişdi.
"Kömək yoldadır", – o, iranlı
etirazçılara açıq dəstəyini ifadə etmişdi.
Fevralın 28-də ABŞ və İsrail İrana birgə zərbələrə başladılar,
sonradan bu, daha geniş regional münaqişəyə çevrildi.
Müharibə dövründə edamlar artıb
O vaxtdan İran hakimiyyəti həm müharibə ilə əlaqəli ittihamlar, həm
də əvvəlki etirazlarda iştirak iddiaları üzrə həbsləri və edamları
çoxaldıb.
Norveçdə fəaliyyət göstərən "İran İnsan Haqları" (IHRNGO) təşkilatı
bildirib ki, İsfəndiyari və Məhəmmədinin edamı yanvar etirazları
ilə bağlı edamların sayını azı 23 nəfərə çatdırıb.
"Hazırda yüzlərlə siyasi məhbus və etirazçı ölüm hökmü
ilə üz-üzədir. Təxminlərimizə görə, onlardan təxminən 100 nəfər
artıq ölüm cəzasına məhkum edilib", – qurumun
direktoru Mahmud Əmiri-Moqəddəm bildirib.
O, beynəlxalq ictimaiyyəti, xüsusilə də Avropa İttifaqını Tehranla
münasibətlərdə edamların dərhal dayandırılmasını əsas prioritetə
çevirməyə çağırıb.
"Amnesty International" təşkilatının son hesabatına görə, fevralın
28-dən bəri İranda azı 45 "siyasi motivli edam" qeydə alınıb.
İranın 2025-ci ildə azı 1639 nəfəri edam etdiyi bildirilir. Bu,
1989-cu ildən bəri qeydə alınan ən yüksək illik göstəricidir.
"Amnesty International"ın məlumatına əsasən, İran edamların sayına
görə dünyada Çindən sonra ikinci yerdədir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.