Azov dənizi akvatoriyasında Ukrayna dronlarının endirdiyi
zərbələr nəticəsində Azov və Taman limanlarının fəaliyyəti dayanıb
ki, bu da Rusiya taxılının ixracını iflic edib.
Bu barədə The Moscow Times yazır.
Belə ki, Rusiyanın aqrar bazarı üzrə ixtisaslaşmış SovEcon onlayn
nəşrinin proqnozuna görə, iyul ayında Rusiyadan cəmi 1,5 milyon ton
buğda ixrac olunacaq. Bu göstərici ötən ilin
eyni ayı ilə
müqayisədə (2,1 milyon ton) təxminən üçdə bir, son beş ilin orta
göstəricisi olan 3,1 milyon tonun isə yarısı qədərdir.
SovEcon-un qiymətləndirməsinə əsasən, ixracın həcmi 2017-ci ildən
bəri ən aşağı səviyyədə olacaq və faktiki olaraq 10 il əvvəlki
göstəricilərə qayıdacaq.
SovEcon-un icraçı direktoru Andrey Sizov bildirib ki, “azalmanın
əsas səbəbi Kerç boğazında gəmiçiliklə bağlı tətbiq olunan
məhdudiyyətlərdir.”
İyulun 11-də Azov dənizində 100-dən çox gəmiyə Ukrayna dronlarının
hücumundan sonra Rusiya hakimiyyəti dəniz şirkətlərinə Kerç
boğazından keçidlə bağlı yeni müraciətlərin artıq qəbul
edilməyəcəyini bildirib. Nəticədə, SovEcon-un hesablamalarına görə,
Kerç boğazı vasitəsilə dayaz limanlardan həyata keçirilən və
Rusiyanın ümumi taxıl və günəbaxan yağı ixracının 25 faizədək
hissəsini təşkil edən daşımalar risk altına düşüb. Həmin limanlar
Yaxın Şərq ölkələri və Rusiyanın taxıl ixracının təxminən beşdə
birini alan ən böyük alıcılardan biri olan Türkiyə ilə ticarətdə
mühüm rol oynayır. Bundan əlavə, Misir və Türkiyədən buğdaya
tələbatın zəifləməsi də ixraca əlavə təzyiq göstərir.
Sənaye mənbələri Rostovda fəaliyyət göstərən "Qorod N" nəşrinə
bildiriblər ki, Kerç boğazındakı problemlər səbəbindən Don çayı
vasitəsilə taxıl ixracı tamamilə dayanıb. Ötən kənd təsərrüfatı
mövsümündə bu marşrutla xaricə 14,7 milyon ton taxıl və onun emal
məhsulları ixrac edilmişdi ki, bu da Rusiyanın ümumi taxıl
ixracının 27 faizini təşkil edir.
Məsələn, "Ural-Don" holdinqi bildirir ki, “hazırda Don
limanlarındakı bütün elevatorlar doludur. Taxıl alışları faktiki
olaraq dayandırılıb, yeni yüklər qəbul edilmir, əvvəlcədən
razılaşdırılmış ixrac müqavilələri isə pozulub, çünki məhsulun
ixracı mümkün deyil.”
Rostovlu taxıl treyderləri alternativ marşrutlarla bağlı "Qorod N"
nəşrinə bildiriblər ki, Novorossiysk və Tuapse limanlarına aparan
dar giriş yolları bu qədər vaqon axınını fiziki olaraq qəbul edə
bilməz. Bu, təkcə böyük tıxac yaratmayacaq, həm də hərəkətin
aylarla dayanmasına səbəb olacaq. Bundan başqa, Qara dəniz
limanları yüksək emal olunmuş tez xarab olan məhsulların, həmçinin
paxlalı bitkilərin və bərk buğdanın ixracı üçün nəzərdə
tutulmayıb.
Treyderlərin sözlərinə görə, “Azov-Don hövzəsinin bağlanması yük
axınının sadəcə başqa istiqamətə yönləndirilməsinə deyil, niş bazar
seqmentlərinin iflicinə və yüksək gəlirlilik gətirən məhsulların
xarab olmasına səbəb olacaq. Emal gücləri və Volqa–Azov–Don
hövzəsinin bütün liman infrastrukturu fəaliyyətini dayandıracaq,
artıq ehtiyatlar yaranacaq, strateji əhəmiyyət daşıyan Rusiya
regionları isə iqtisadi kollapsla üzləşəcək.”
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.