“Cənub magistralının inkişafına başlayırıq”. Bunu Regional
İnkişaf və İnfrastruktur naziri Revaz Soxadze “Rustavi 2”
telekanalının efirində bildirib.
Nazirin sözlərinə görə, Baş nazirin tapşırığı ilə Marneuli ilə
Axaltsixeni birləşdirəcək layihə üzrə ilk mərhələdə
texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün müsabiqə elan
ediləcək.
Verilişdə Revaz Soxadze ölkənin tranzit potensialı və hazırda aktiv
mərhələdə olan infrastruktur layihələri barədə geniş danışıb.
“Son dövrlərdə dəhlizin aktuallığının artması
beynəlxalq tərəfdaşlarımızı bir daha əmin etdi ki, Gürcüstan təkcə
yaxşı yolları və magistralları ilə deyil, həm də sabitliyi və
proqnozlaşdırıla bilən mühiti ilə cəlbedicidir. Bu, bir daha sübut
etdi ki, biz tranzit istiqamətində çox mühüm, maraqlı və ən əsası
etibarlı tərəfdaşıq.
Əhalimiz üçün tranzit funksiyası bəlkə də sadəcə bir ifadə kimi
səslənir, lakin bu, hər birimizin və ölkəmizin iqtisadi gücü
baxımından son dərəcə vacibdir. Tranzit potensialımızdan nə qədər
səmərəli istifadə etsək, bunun müsbət təsirini nəticə etibarilə hər
bir ailə öz gəlirlərində hiss edəcək.
Hazırda hansı istiqamətlər üzrə işlədiyimizi qısaca sadalaya
bilərəm. Qeyd etdiyim kimi, Samtredia körpüsü hissəsində işlər
davam edir və bunun üçün müəyyən vaxt tələb olunacaq. Bununla belə,
Tbilisidən Batumiyə qədər magistral yol artıq bu il tam istifadəyə
veriləcək.
Biz Kaxeti istiqamətində də fəal işləyirik və orada da layihələr
davam etdiriləcək. Tbilisi dairəvi yolunun çox mühüm layihəsinə
başlanılır. Bu layihə təkcə tranzit funksiyamız üçün deyil, həm də
paytaxtın nəqliyyat şəbəkəsi üçün böyük əhəmiyyət daşıyır. Çünki
yol nəqliyyat axınını əhəmiyyətli dərəcədə azaldacaq və Tbilisidə
avtomobil hərəkətini rahatlaşdıracaq.
Sarpi tuneli layihəsinə də start verilir. Eyni zamanda, şimal
istiqamətində – Kobi–Kveşeti və Qveleti–Larsi hissələrində tikinti
işləri fəal şəkildə davam edir. Bu, təkcə ölkəmizdə deyil,
ümumilikdə regionun ən mürəkkəb layihələrindən biridir. Əsas
mühəndislik baxımından çətin obyektlər artıq tamamlanıb, lakin
uzunluğu 166 metr olan maraqlı tağlı körpünün tikintisi hələ də
aktiv şəkildə davam edir.
Bundan başqa, artıq Samtredia–Zuqdidi dörd zolaqlı magistral
yolunun layihələndirilməsinə başlamışıq və hesab edirəm ki, bu da
çox mühüm layihə olacaq. Yaxın vaxtlarda Anakliya limanına gedən
avtomobil yolunun tikintisinə də başlanacaq.
Bundan əlavə, baş nazirin tapşırığı ilə Cənub magistralının
inkişafına başlayırıq. Bu, Marneulidən Axaltsixeyə gedən magistral
yol olacaq. İlk mərhələdə texniki-iqtisadi əsaslandırma üzrə
müsabiqə elan ediləcək ki, bunun hazırlanması, əlbəttə, müəyyən
vaxt aparacaq.
Biz düşünməməliyik ki, yol infrastrukturunun tikintisi hansısa
mərhələdə tam başa çatacaq. Dövlət nəqliyyat və yol şəbəkəsinin
inkişafı haqqında daim düşünməli və bu istiqamətdə çalışmalıdır.
Çünki bu, həm bizim, həm də istənilən ölkənin gücünün əsas
dayaqlarından biridir”, – deyə Revaz Soxadze
bildirib.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.