Fransa parlamenti 2027-ci ilin yanvar ayından etibarən 15
yaşadək şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanunu
təsdiqləyib.
Bu barədə BBC məlumat yayıb.
Qanuna əsasən, Fransada sosial mediaya çıxış əldə etmək istəyən hər
kəs öz yaşını təsdiqləməli olacaq.
Qanun iki mərhələdə tətbiq ediləcək. Sentyabr ayından etibarən 15
yaşadək şəxslər yeni sosial media hesabı aça bilməyəcəklər
və
açılan bütün yeni hesablar üçün yaşın təsdiqlənməsi tələb olunacaq.
2027-ci ilin yanvar ayından isə bu qayda bütün mövcud hesablar üçün
də qüvvəyə minəcək. Bu isə o deməkdir ki, Fransada sosial mediadan
istifadə etmək istəyən hər kəs 15 yaşdan yuxarı olduğunu
təsdiqləməli olacaq.
Qadağa qüvvəyə mindikdən sonra sosial media platformaları Fransanın
məxfilik üzrə tənzimləyici orqanı tərəfindən təsdiqlənmiş yaşın
yoxlanılması alətlərindən istifadə etməli olacaqlar.
May ayında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen
Avropada uşaqların sosial mediadan istifadəsinin məhdudlaşdırılması
təşəbbüsü ilə çıxış etmiş və yeni qanunvericilik layihəsinin yaxın
aylarda təqdim oluna biləcəyini bildirmişdi.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.