2026-cı il iyulun 20-si gecə saatlarından iyulun 21-i səhərə qədər
Tbilisinin böyük hissəsində təhlükəli meteoroloji hadisələr
kateqoriyasına daxil olan güclü yağış qeydə alınıb.
Nəticədə paytaxtın bəzi məhəllələrində küçələri su basıb, şəhər
infrastrukturu müvəqqəti olaraq həddindən artıq yüklənib.
Milli Ətraf Mühit Agentliyinin meteoroloji müşahidələrinə əsasən,
ən yüksək yağış göstəricisi Tbilisi Dövlət Universitetinin I
korpusunun ətrafında qeydə
alınıb. Orada təxminən 8 saat ərzində
110 mm yağıntı düşüb ki, bu da Tbilisi miqyasında iyul ayı üçün
rekord göstəricidir. Bununla yanaşı, 1 saat ərzində (iyulun 20-si
saat 23:00-dan iyulun 21-i saat 00:00-dək) bu miqdarın yarısından
çoxu — 54,5 mm qeydə alınıb ki, bu da Tbilisinin iyul ayı üzrə
iqlim normasını 30% üstələyir.
Agentliyin meteorologiya stansiyalarının məlumatına görə, yağıntı
şəhər üzrə qeyri-bərabər paylanıb:
- Tbilisi Dövlət Universiteti (I korpus): 110 mm
- Ağmaşenebeli prospekti: 95,1 mm
- Muxatskaro: 87,3 mm
- Bagebi: 75,2 mm
- Suxumi Universitetinin ətrafı: 69,1 mm
- Vaşlicvari: 55,8 mm
- Tabaxmela: 25,07 mm
- Mtsxeta: 1,5 mm
Mütəxəssislərin izahına görə, yağıntının qeyri-bərabər paylanması
konvektiv proseslər üçün səciyyəvi xüsusiyyətdir. Xüsusilə bol
yağıntı Tbilisinin qərb və mərkəzi hissəsinin ayrı-ayrı
ərazilərində qeydə alınıb.
"Gün ərzində səth havasının əhəmiyyətli dərəcədə
qızması, atmosferin aşağı təbəqələrində rütubətin yüksək olması və
yuxarı təbəqələrə nisbətən soyuq havanın daxil olması fonunda
atmosferdə güclü qeyri-sabitlik yaranıb. Belə şəraitdə sürətlə
güclü konvektiv buludlar inkişaf edib və kiçik ərazidə, qısa müddət
ərzində intensiv yağışa səbəb olub", — agentlik
yazır.
Agentlikdən bildirirlər ki, bu cür hadisələr zamanı yağıntının əsas
hissəsinin bir neçə saat ərzində düşməsi xarakterikdir. Mövcud
halda, təxminən 7-8 saat ərzində paytaxt ərazisində aylıq normadan
1,5 dəfə, bəzi məhəllələrdə isə 2,5 dəfə çox yağış yağıb.
Yağıntının məhz bu cür yüksək intensivliyi daşqınların, küçələri su
basmasının və şəhər infrastrukturunun həddindən artıq yüklənməsinin
əsas səbəblərindən biri olub.
Milli Ətraf Mühit Agentliyindən bildirirlər ki, iqlim dəyişikliyi
şəraitində nəinki ekstremal yağıntıların tezliyi, eyni zamanda
onların intensivliyi də artır. Müvafiq olaraq, qısa müddətdə böyük
həcmdə yağışın yağması halları tez-tez müşahid olunur ki, bu da ani
daşqınların və digər hidrometeoroloji proseslərin inkişaf riskini
artırır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.