Acarıstanda narkotik cinayəti ittihamı ilə 3 şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına

şərait yaratma ittihamı ilə müxtəlif vaxtlarda 3 şəxsi saxlayıblar. Saxlanılanlardan ikisi xarici ölkə vətəndaşıdır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərinə və müvəqqəti yaşadıqları mənzillərə baxış keçirərkən maddi sübut kimi satış üçün hazırlanmış xüsusilə külli miqdarda "Metadon" narkotik vasitəsini götürüblər.

Bundan
əlavə, polis tərəfindən narkotik maddələrin qablaşdırılması üçün nəzərdə tutulmuş müvafiq materiallar da müsadirə olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı "kvarta" maddələri ilə istintaq aparılır. Bu maddələr xüsusilə ağır cinayət hesab olunur və 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google