Qıymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz (NAEC) apellyasiya
prosesinin başlanması ilə bağlı məlumat yayıb.
2026-cı il Vahid Milli İmtahanların və Tələbə Qrant Müsabiqəsinin
nəticələrindən narazı olan iştirakçılar Qıymətləndirmə və
İmtahanlar üzrə Milli Mərkəzə apellyasiya müraciəti təqdim edə
bilərlər. Elektron müraciətlərin qəbulu online.naec.ge saytında bu
gün, 4 avqust saat 10:00-dan başlayıb və 6 avqust saat 18:00-dək
davam
edəcək.
İmtahan verən şəxs həm bir, həm də bir neçə tapşırığın nəticəsindən
şikayət etmək hüququna malikdir.
Apellyasiya şərtləri və ödəniş qaydası:
Rüsum: Bir imtahan nəticəsindən şikayət etməyin
rüsumu 50 laridir.
Məbləğin qaytarılması: Bal dəyişdikdə (artdıqda və ya azaldıqda),
eləcə də iştirakçı müraciətini 6 avqust saat 18:00-dək ləğv
etdikdə, ödənilən məbləğ ərizə əsasında tam olaraq geri
qaytarılacaqdır.
Ödəniş qaydası: Ödəniş apellyasiya müraciəti doldurulmazdan əvvəl
həyata keçirilməlidir. Ödənişin təyinatı hissəsində abituriyentin
şəxsi nömrəsi, xarici ölkə vətəndaşları üçün isə şəxsiyyət
(yaşayış) vəsiqəsinin və ya pasportun seriya və nömrəsi qeyd
olunmalıdır.
Ödənişi "Bank of Georgia"nın ödəniş platforması (bogpay.ge),
internet/mobil bankinq və ya özünühidmət terminalları vasitəsilə
etmək mümkündür.