Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin
əməkdaşları rüşvət almaq faktı
üzrə "Batumi Bələdiyyə Müfəttişliyi"nin tikinti nəzarəti əməkdaşını
saxlayıblar.
İstintaqın məlumatına görə, saxlanılan şəxs Batumi şəhərində
qanunsuz tikilmiş kommersiya obyektinə görə qanunla müəyyən edilmiş
cərimədən yayınmaq müqabilində vətəndaşdan rüşvət alıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onu təqsirləndirilən şəxs
qismində saxlayıblar.
Saxlanılan şəxsin "Batumi Bələdiyyə Müfəttişliyi"ndəki birbaşa
xidməti vəzifəsi şəhər ərazisində aparılan bütün
kateqoriyalı
tikinti obyektlərinə nəzarət etmək, habelə icazəsiz və qanunsuz
tikinti işlərinə qanunla müəyyən edilmiş qaydada reaksiya verməkdən
ibarət olub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci
hissəsi (rüşvət alma) ilə istintaq aparılır. Bu maddə 6 ildən 9
ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.