Moskvada taksi sürücüsü işləyən bir çeçen yol polisinin bölməsi
yaxınlığında namaz qıldığına görə cərimələnib.
Onu videoya çəkiblər, bir neçə həftə sonra qanunsuz missionerlik
fəaliyyəti maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.
AzadlıqRadiosunun "Kavkaz.Realii" portalı Rusiyada müsəlmanların
dini ayinlərin icrasına görə üzləşdiyi təqibləri ekspertlərlə
müzakirə edib.
İyulun əvvəlində çeçen taksi sürücüsünə inzibati iş açıldığı barədə
ksenofob və millətçi
"Etnoprestupnost" Telegram kanalı məlumat
yayıb. Sürücü yaxınlıqda namaz qılmaq üçün yer tapa bilmədiyindən
avtomobili yolun kənarında saxlayaraq xalçasını asfaltın üstünə
sərib namaza başlayıb. Yoldan keçən şəxs onu videoya çəkib və
Ekstremizmə Qarşı Mübarizə Mərkəzinə şikayət edib.
İki həftə sonra sürücünü saxlayıb prokurorluğa aparıblar. O deyib
ki, yaxınlıqda namaz qılmaq üçün xüsusi yer olmadığından namazını
küçədə qılmağa məcbur qalıb. İş məhkəməyə göndərilib və o, 5 min
rubl cərimələnib.
Qanunsuz missionerlik fəaliyyəti maddəsi inzibati qanunvericiliyə
2016-cı ildə qəbul olunmuş və "Yarov paketi" kimi tanınan
dəyişikliklərdən sonra daxil edilib. Həmin dəyişikliklə
"missionerlik" anlayışı geniş şərh olunub, xüsusi ayrılmış
məkanlardan kənarda dini təbliğat faktiki qadağan edilib. Pozuntuya
görə yüksək məbləğdə cərimələr nəzərdə tutulur.
Bu dəfə Kadırov səsini çıxarmayıb
Çeçenistan hakimiyyəti bu hadisəyə münasibət bildirməyib.
Baxmayaraq ki respublika başçısı Ramzan Kadırov özünü
"müsəlmanların müdafiəçisi" kimi təqdim edir, əvvəllər oxşar
hallara müdaxilə edib. 2025-ci ildə Stavropol diyarının Andropov
rayon administrasiyası təşkilat rəhbərlərinə ictimai yerlərdə namaz
qılmağın yolverilməzliyi barədə məktub göndərmişdi. O zaman Kadırov
bunu "açıq diskriminasiya və hüquqi özbaşınalıq" adlandırmış,
küçədə namaz görmək istəməyən region rəhbərlərinə daha çox məscid
tikməyi tövsiyə etmişdi. Sonradan həmin sənəd geri götürülmüş,
regional hakimiyyət namaza görə qadağa və cərimələrin olmadığını
bəyan etmişdi.
Siyasi şərhçi Ruslan Aysinin fikrincə, bu dəfə Çeçenistan
rəhbərliyinin susması qəribədir: "Əgər Kadırov özünü islamın
müdafiəçisi sayırsa, öz həmvətənini müdafiə etməli, bunun
qəbuledilməz olduğunu deməli idi. Amma görürük ki, belə hallarda
Kadırov və onun ətrafı ya susur, ya da çox dolaşıq açıqlamalar
verir".
Polis qanunsuz missionerlik maddəsindən istifadə edir
Hüquq müdafiəçisi Aleksandr Çerkasov deyir ki, əvvəllər Rusiyada
əsas hədəf müsəlmanlar idisə, Ukraynaya qarşı işğalçı müharibədən
sonra diqqət ukraynalılara yönəlib. Onun sözlərinə görə, bəzi polis
əməkdaşları hələ də köhnə yanaşmalara sadiq qalaraq "qanunsuz
missionerlik" maddəsini tətbiq edirlər.
2025-ci il ərzində yalnız Şimali Qafqaz Federal Dairəsində polis
"qanunsuz missionerlik" maddəsi ilə 22 inzibati protokol tərtib
edib. Bu maddə şəxsi dini fəaliyyətlərə də tətbiq olunur.
Tuapse şəhər məhkəməsi Tacikistan vətəndaşları Samariddin Səliyev
və Cəlili Səidzadəni islam haqqında söhbətlər etdiklərinə görə
təqsirli bilib. Onların hər biri 30 min rubl cərimələnib və
Rusiyadan çıxarılmasına qərar verilib.
2025-ci ilin yayında Samaranın Krasnoqlinsk rayon məhkəməsi yerli
müsəlman dini icmasının sədri İldar Minxametovu 50 min rubl
cərimələyib. İstintaqın versiyasına görə, o, 40 nəfərin eyni vaxtda
piyada yolunda toplaşmasını təşkil etməklə piyadaların hərəkətinə
mane olub. Yerli sakinlər sosial şəbəkələrdə bunu "miqrantların
kortəbii namazgahı" adlandırmışdılar.
Moskvada cəmi dörd məscid var
R.Aysinin fikrincə, hakimiyyət əslində Rusiyanın dövlət sisteminə
inteqrasiya olunmayan müsəlman icmalarını hədəfə alır. O, bu il
Rusiya Müsəlmanları Ruhani İdarəsinin bəzi müftilərinin həbsini
yada salır. Aysin Moskvada cəmi dörd məscidin fəaliyyət
göstərdiyini söyləyir: "Halbuki müsəlman gündə beş dəfə namaz
qılmalıdır. Bunu harada etsin? Belə hallar getdikcə artacaq və
istər-istəməz "ayıq-sayıq" vətəndaşların diqqətini çəkəcək".
Onun fikrincə, qanunsuz missionerlik maddəsinin bu cür tətbiqi
hüquqi baxımdan əsassızdır: "Şəxsi qaydada namaz qılan insanı
"missioner" adlandırmaq mümkün deyil. Amma, görünür, qanunu belə
yazmaq hakimiyyət üçün daha rahat olub. Başqasının yanında bir neçə
ərəb sözü dedinsə, artıq bunu missionerlik kimi
qiymətləndirirlər".
"Namaz, digər dini ayinlər, mənzildə toplantılar yalnız
sertifikatlı imamın iştirakı ilə keçirilə bilər. Bu, tamamilə
absurddur. Üstəlik, hakimiyyətin "ənənəvi islamı dəstəkləyirik"
bəyanatlarına da ziddir. Əslində, söhbət məhz xalq islamından
gedir. Sonucda onlar bu ənənəni dağıdır, insanları radikal mühitə
itələyirlər. Halbuki guya bütün bu tədbirlər elə radikallaşmanın
qarşısını almaq üçün qəbul olunur", – Aysin vurğulayır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.