Daşınmaz əmlakın icarəsindən əldə olunan gəlir, Belçika bankında
hesab və nazir postunda 119 731 lari
illik gəlir – Maka Boçorişvilinin əmlak bəyannaməsində yer alan
qısa məlumatlar belədir.
Məlumat üçün bildirək ki, Xarici İşlər Naziri rəsmi sənədi 2026-cı
ilin iyun ayında təqdim edib.
Bəyannaməyə əsasən, nazirin mülkiyyətində Tbilisidə yerləşən
yaşayış evinin 50%-lik payı var. O, bu
payı 2014-cü ildə
hədiyyə/tikinti formasında əldə edib.
Bununla yanaşı, nazirin paytaxtda 100%-lik mülkiyyətində iki mənzil
var: 2024-cü ildə 180 000 ABŞ dollarına satın aldığı 109,7 kv.m
sahəsi olan mənzil və 2019-cu ildə 90 000 ABŞ dollarına alınan
58,75 kv.m sahəsi olan digər mənzil.
Sənədə əsasən, onun adına həmçinin Tsavkisidə yerləşən 1 500 kv.m
sahəsi olan torpaq sahəsi də qeydiyyata alınıb. Xarici İşlər Naziri
bu torpaq sahəsini 2022-ci ildə 77 000 ABŞ dollarına alıb.
Maliyyə vəziyyətinə gəldikdə, bəyannamənin doldurulduğu məqamda
nazirin müxtəlif bank hesablarında (o cümlədən Belçikanın "Belfius"
bankında) ümumilikdə 7 206 lari, 3 321 ABŞ dolları və 2 934 avro
vəsaiti olub. Həmçinin onun 89 265 dollar məbləğində ipoteka
krediti qeydə alınıb.
Bununla yanaşı, bəyannamədə qeyd olunduğu kimi, Maka Boçorişvili
2025-ci ildə nazir vəzifəsində çalışaraq gəlir şəklində 119 731
lari əldə edib. Əlavə gəlirlər hissəsində isə daşınmaz əmlakın
icarəsindən əldə olunan 31 200 ABŞ dolları göstərilib.
Xərclərə gəlincə, Xarici İşlər Naziri bəyannamədə ötən il ipoteka
kreditinin ödənilməsinə 17 129 ABŞ dolları, təmir işlərinə və
mebelə 40 000 lari, səyahətə isə 10 000 lari xərclədiyini qeyd
edib.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.