Milli Qida Agentliyi icazəsiz kəsilmiş və zəhərlənmiş 2 tona yaxın əti müsadirə edib

Milli Qida Agentliyi Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ilə əməkdaşlıq çərçivəsində sağlamlıq üçün təhlükə yaradan,

kəsimxanadan kənar kəsilmiş iribuynuzlu heyvan ətinin satışının qarşısını alıb. 2 tona yaxın ət müsadirə olunaraq məhv edilib.

Qurumun məlumatına görə, hadisə Mtsxeta-Mtianeti regionunun Tsilkani kəndində başlayıb. Burada 15 baş iribuynuzlu heyvanın zəhərlənməsi faktı qeydə alınıb.

Fermer K.Ç.-nın sözlərinə görə, tövlə həşəratlara
qarşı dərman vasitəsilə dezinfeksiya edildikdən sonra heyvanlarda zəhərlənmə əlamətləri üzə çıxıb.

"Hadisə yerinə Mtsxeta-Mtianeti departamentinin baytarları cəlb olunub və laborator müayinə üçün istifadə edilən dərmandan nümunələr götürülüb. İlkin araşdırma zamanı preparatdan düzgün istifadə edilmədiyi və təhlükəsizlik qaydalarının pozulduğu müəyyən edilib. Fermer tərəfindən artıq kəsilmiş bir baş heyvan baytarlıq qaydalarına uyğun olaraq yerindəcə məhv edilib. Qalan 14 baş heyvanla bağlı isə bazara təhlükəli ətin daxil olmasının qarşısını almaq məqsədilə fermerə agentliyi əvvəlcədən məlumatlandırmaq öhdəliyi qoyulub", — Agentliyin bəyanatında bildirilir.

Buna baxmayaraq, aparılan əlavə araşdırmalar çərçivəsində Gəlirlər Xidmətinin və Agentliyin İmereti departamentinin müfəttişləri "Məhsullar 2028" MMC-yə məxsus olan, kəsimxanadan kənar və baytarlıq nəzarəti olmadan kəsilmiş 2 tona yaxın ət daşıyan nəqliyyat vasitəsini aşkar ediblər.

Yoxlama nəticəsində təsdiqlənib ki, heyvanları identifikasiya edən sırğalar məhz Tsilkani kəndində zəhərlənmiş iribuynuzlu heyvanlara aid olub.
Agentliyin məlumatına əsasən, icazəsiz kəsilmiş ət tamamilə müsadirə olunaraq məhv edilib, biznes operatoru isə qanunvericiliyə uyğun olaraq cərimələnib.



 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google