Narkotik vasitələrin satışına şərait yaratmaqda təqsirləndirilən üç xarici ölkə vətəndaşı saxlanılıb

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda

narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaradılması ittihamı ilə üç xarici ölkə vətəndaşını saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində keçirilən şəxsi axtarış, eləcə də istintaq tədbirləri çərçivəsində müxtəlif yerlərdən satış üçün nəzərdə tutulmuş xüsusilə külli miqdarda narkotik vasitəni, o cümlədən
“Metadon” və “Marixuana”nı sübut kimi götürüblər. Bundan əlavə, narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan avadanlıq və materiallar da aşkarlanaraq götürülüb.


Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 260-cı "kvarta" maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 

Print Email
FaceBook Twitter Google