Rusiya Ermənistandan gətirilən 70 min şüşə içkinin satışını dayandırıb
Rusiyanın "Çestnıy znak" markalanma sisteminin operatoru Ermənistandan gətirilən 70 mindən çox şüşə içkinin satışını dayandırıb.
Məlumatı "Vedomosti" qəzeti şirkətin mətbuat xidmətinə istinadla yayıb.

Məhdudiyyətlər bu məhsulların "Rusiya vətəndaşlarının həyatı və sağlamlığı üçün mümkün təhlükə yaratması" ilə izah edilib.

Qərara əsasən, "Bjni" markalı müalicəvi-süfrə mineral suyunun, "Prosto Azbuka" markalı təbii içməli suyun və "Moxito" markalı alkoqolsuz qazlı
içkilərin müəyyən partiyalarının satışı dayandırılıb.

Bundan əvvəl "Çestnıy znak" Ermənistanda istehsal olunan "Cermuk" qazlı mineral suyunun da satışını bloklamışdı. Həmin vaxt Rusiyada dövriyyədə "Jermuk Group" şirkətinə məxsus 338 min şüşə suyun olduğu açıqlanmışdı.

Rusiya bu məhdudiyyətləri Yerevanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmaq barədə bəyanatları fonunda, parlament seçkiləri ərəfəsində tətbiq etməyə başlayıb. Moskva Ermənistana təbii qaz, neft məhsulları və almazların rüsumsuz tədarükü ilə bağlı sazişin dayandırıla və ya ləğv edilə biləcəyi barədə xəbərdarlıq edib.

İyulun sonunda Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putindən Ermənistan məhsullarının Rusiya bazarına idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün tədbirlər görməsini xahiş edib. O bildirib ki, Rusiya hakimiyyətinin qərarları iki ölkə arasındakı müqavilə-hüquq bazasına və Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına ziddir.

Kreml isə bəyan edib ki, Putin Paşinyanla söhbət zamanı Ermənistanda Aİ-yə üzvlük və ya Aİİ-də qalmaq məsələsi ilə bağlı ümumxalq referendumunun mümkün qədər tez keçirilməsinin vacibliyini vurğulayıb.

Paşinyan isə deyib ki, belə bir referendum yalnız Ermənistan Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət etdikdən sonra mümkün ola bilər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google