Rusiyada populyar VPN xidmətlərinin fəaliyyəti məhdudlaşdırılıb
Rusiyanın "Roskomnadzor" xidməti ölkədə VPN xidmətlərinə qarşı genişmiqyaslı bloklama aparıb. 20-dən çox populyar hostinq provayderinin IP ünvanları məhdudlaşdırılıb. Bu barədə "Eksployt" və "Agentstvo" Telegram kanalları məlumat yayıb.

"Amnezia", "Paper VPN" və digər VPN xidmətlərinin istifadəçiləri texniki problemlərdən şikayət ediblər. İnternetin Müdafiəsi Cəmiyyətinin direktoru Mixail Klimaryov bildirib ki, "Roskomnadzor" Rusiya İT şirkətlərinin köməyi ilə bloklamaları aşmaq üçün istifadə olunan
onlarla avtonom şəbəkə sistemini aşkarlayaraq onlara çıxışı məhdudlaşdırıb.

Korrupsiya ilə Mübarizə Fondunun siyasi layihələr üzrə rəhbəri Leonid Volkov bloklamaları sentyabrda keçiriləcək Rusiya seçkiləri ilə əlaqələndirib.

""Roskomnadzor" populyar VPN xidmətlərinin istifadə etdiyi IP ünvanlarından ibarət bazanı kifayət qədər tez toplaya bildi. Topladı, topladı və seçkilər yaxınlaşanda zərbə endirdi", – Volkov yazıb.

Onun sözlərinə görə, VPN xidmətləri yeni IP ünvanları istifadəyə verə bilərlər, lakin belə hücumlar təkrarlana bilər.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ölkədə faktiki hərbi senzura tətbiq olunub, yüzlərlə internet saytı bloklanıb. 2025-ci ildən Rusiyada mobil internetin kütləvi kəsilməsi, "WhatsApp" və "Telegram" kimi populyar mesajlaşma platformalarının bloklanması halları da müşahidə olunur.

Hakimiyyət VPN xidmətlərinə qarşı mübarizəni də gücləndirib, indiyədək 400-dən çox belə xidmət bloklanıb. Rusiya rəsmiləri VPN-dən istifadənin rəsmən qadağan edilmədiyini bildirsələr də, "Roskomnadzor" 2030-cu ilədək ölkədə bloklamaları aşmağa imkan verən xidmətlərin 92 faizini bloklamağı hədəf qoyub.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google