Rusiyanın Kiyevə zərbələrindən 15 nəfər həlak olub
Avqustun 5-nə keçən gecə Rusiya ordusu Kiyev şəhərinə və Kiyev vilayətinə kütləvi raket və dron hücumu həyata keçirib.

Kiyev meri Vitali Kliçkonun məlumatına görə, paytaxtda bir nəfər həlak olub, 26 nəfər yaralanıb. Bəzi rayonlarda anbarlar yanıb, Kiyev ətrafında isə qeyri-yaşayış binalarında yanğın baş verib.

Rusiya hərbçilərinin Qoloseyev rayonunda vurduğu obyektdə təxminən 300 litr ammonyak olub. Bunu Kiyev şəhər Hərbi Administrasiyası bildirib: "Xilasedicilər sızmanı lokallaşdırıblar. Əhali üçün təhlükə yoxdur".

Kiyev vilayətində 14 nəfər həlak olub, 22 nəfər yaralanıb. Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Brovarı və Buça rayonlarında anbarların ərazisində yanğınlar baş verib, Fastov rayonunda isə avtomobillər yanıb.

Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, ən çox itki Brovarı rayonundadır, burada 9 nəfər həlak
olub. Buça rayonunda 4 mülki şəxs öldürülüb, Fastov rayonunda isə bir nəfər həyatını itirib.

"Belə hər bir cinayətə görə mütləq ədalətli cavab veriləcək", – Tkaçenko bildirib.

Rusiya gecə boyu Ukraynaya dörd "Tsirkon"/"Oniks" gəmi əleyhinə raketi, 24 "İskəndər-M"/S-400 ballistik raketi və 115 dron buraxıb. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, 98 dron vurulub.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google