Gürcüstan hökumətinin avqustun 3-də qəbul etdiyi qərara əsasən,
ümumi təhsilin ibtidai pilləsində məktəbli forması ilə ödənişsiz
təminat
üzrə məqsədli proqram təsdiqlənib. Sənədə əsasən, məktəbli
formalarını pulsuz alacaq uşaqların altı kateqoriyası müəyyən
edilib.
Qərarda qeyd olunduğu kimi, proqram çərçivəsində məktəbli forması
dəsti dövlət məktəblərinin ibtidai siniflərində təhsil alan
aşağıdakı şagirdlərə ödənişsiz təhvil veriləcək:
a) Sosial baxımdan müdafiəsiz ailələrin
vahid məlumat bazasında
qeydiyyatda olan və ailələrinin reytinq xalı 65 001-dən az
olanlar;
b) Qəyyumluq tərbiyəsi (himayədar ailə) dövlət proqramına cəlb
olunanlar;
c) Kiçik ailə tipli uşaq evlərində yerləşdirilənlər;
ç) Kimsəsiz/sığınacaqsız uşaqlar üçün sığınacaq xidmətlərinə cəlb
olunanlar;
d) Tbilisi uşaq evində yerləşdirilənlər;
e) 24 fevral 2022-ci il tarixində Ukraynada başlayan hərbi
əməliyyatlar nəticəsində Ukraynanın ümumtəhsil müəssisələrində
təhsilini davam etdirə bilməyən və Gürcüstanın dövlət məktəblərinə
qəbul edilənlər.
Proqramın benefisiarlarına Gürcüstanın Elm, Təhsil və Gənclər
Nazirliyi tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq, müəyyən
olunmuş nümunədə məktəbli forması pulsuz veriləcək.
Bununla yanaşı, benefisiarlara təqdim olunacaq məktəbli forması
dəstinin tərkibi də məlum olub: oğlanlar üçün − 1 pencək və 2
şalvar; qızlar üçün − 1 pencək, 1 şalvar və 1 ətək.
Xatırladaq ki, 2026-2027-ci tədris ili üçün dövlət məktəblərinin
ibtidai sinif şagirdlərinə məktəbli formalarını "Təhsil resursları"
MMC Çində təsis olunmuş və Gürcüstanda 2026-cı ilin martında
qeydiyyatdan keçmiş "Glori Tekstil İndastris" MMC şirkətindən
alacaq.
Formaların qiymətinə gəlincə, həm qızlar, həm də oğlanlar üçün
pencəyin qiyməti 45 lari, şalvarın qiyməti isə 25 lari təşkil
edəcək. Bununla yanaşı, qısa ətəyin qiyməti 25 lari müəyyən olunub.
Uzun ətəyin də qiyməti 25 lari olacaq.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.