Putin işğal olunmuş Abxaziyanın inkişafına dəstək haqqında sazişi təsdiqləyib

Rusiya Prezidenti Vladimir Putin işğal olunmuş Abxaziyanın 2026–2030-cu illər üzrə sosial-iqtisadi inkişafı dövlət

proqramına dəstəyi nəzərdə tutan sazişi təsdiqləyib.

2025-ci il dekabrın 27-də imzalanmış sənədin ratifikasiyası barədə məlumat Rusiyanın hüquqi aktlar portalında dərc olunub.

Rusiya dövlət mediasının verdiyi məlumata görə, sənədin məqsədi "sosial-iqtisadi əməkdaşlığın daha da təkmilləşdirilməsi, habelə əhalinin həyat səviyyəsinin, Abxaziyanın iqtisadi və investisiya fəallığının
artırılmasına" kömək etməkdir.

Maliyyə yardımı vəsaitləri təhsil, gənclər siyasəti və mədəniyyət sahələrinə, həmçinin Fövqəladə Hallar Nazirliyi, Prokurorluq və Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının pul təminatının və sosial zəmanətlərinin artırılmasına yönəldilə bilər.

"Həmçinin müəyyən edilib ki, Abxaziyada daimi yaşayan Rusiya vətəndaşlarına düşən dərman vasitələrinin çatdırılmasına görə məsuliyyət yerli hakimiyyət orqanlarının üzərinə düşür", — deyə "RİA Novosti" yazır.

Abxaziyanın sözdə hökumətinin məlumatına görə, Rusiya maliyyə yardımından 2026-cı ildə 6 milyard rubl (təxminən 74 milyon dollar) ayrılması nəzərdə tutulur ki, bunun da 4.5 milyardı sosial-iqtisadi inkişafa, 1.3 milyard rublu büdcə investisiyalarına, 0.2 milyardı isə iqtisadiyyat sahələrinin dəstəklənməsinə sərf olunacaq.

Moskva ilə Suxumi arasında imzalanmış daha bir sənədin ratifikasiyası yekunlaşıb — Putin Abxaziya ilə "elmi dərəcələrin qarşılıqlı tanınması haqqında" sazişi də təsdiqləyib.

Kreml Gürcüstanın iki regionunu 2008-ci il avqustun 26-da müstəqil dövlətlər elan edib. 18 ildən sonra işğal olunmuş ərazilərin "müstəqilliyini", Rusiyadan başqa, yalnız Nikaraqua, Venesuela və Suriya tanıyıb. Başlanğıcda bu addımı Vanuatu, Tuvalu və Nauru da atmışdı, lakin onlar sonradan tanıma qərarını geri götürdülər.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google