Qardabani Futbol Klubunun məşqçisi və Nigeriya vətəndaşı dələduzluq ittihamı ilə saxlanılıblar

Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi hakimin qərarı əsasında əvvəlcədən əlbir olan bir qrup

şəxs tərəfindən dələduzluq edilməsi faktı üzrə iki şəxsi saxlayıb.

DTX-nin məlumatına görə, keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Gürcüstanda yaşayan Nigeriya vətəndaşı və "Qardabani Futbol Klubu" MMC-nin məşqçisi başqa bir Nigeriya vətəndaşına Gürcüstanda müvəqqəti yaşayış icazəsinin alınmasında köməklik edəcəklərinə söz veriblər.

Bu məqsədlə
təqsirləndirilən şəxslər Nigeriya vətəndaşını saxta müqavilə ilə sözügedən futbol klubuna işə düzəldib, bunun müqabilində isə ondan dələduzluq yolu ilə 3 000 ABŞ dolları alıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-180-ci maddəsinin 2-ci hissəsinin "a" və "b" bəndləri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən böyük miqdarda dələduzluğa cəhd) ilə istintaq aparılır.

Sözügedən cinayət 7 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

 

Print Email
FaceBook Twitter Google