Kaxa Kaladzenin bildirdiyinə görə, Rustaveli prospektindəki
yeraltı keçidlərdə kommersiya sahələri olan tacirlər bərpa prosesi
dövründə icarə haqqından azad ediləcəklər.
"Rustaveli prospektindəki yeraltı keçidlərdə icarəyə
verilmiş kommersiya sahələrimiz var. Bərpa prosesində bu insanlar
və tacirlər icarə haqqı ödənişlərindən azad olunacaqlar. Söhbət
Rustaveli prospekti №37, 1-ci gimnaziyanın qarşısı, Opera teatrının
yanı və Azadlıq meydanının yeraltı keçidinin bir hissəsindən
gedir", — deyə Kaladze bildirib.
Bununla yanaşı, onun verdiyi məlumata görə, təmir-bərpa işləri ilə
əlaqədar ətraf küçələrdə zonal-saatlıq parkinq sistemi müvəqqəti
olaraq söndürülüb və işlərin davam etdiyi müddətdə vətəndaşlar üçün
parkinqdən istifadə ödənişsizdir.
Parkinqdən istifadə bu küçələrdə ödənişsizdir: Tabukaşvili,
Vaçnadze, Şengelaia, Leonidze, Sulxan-Saba, İnqoroqva, Qudiaşvili,
Purtseladze, Corcadze, Çanturiya, Laqidze, Mesxiya, Abaşidze,
Cavaxişvili, Axvlediani, Kakabadze qardaşları, Kiaçeli, Nikoladze,
Miminoşvili, Qriboedov, Çavçavadze, Lağidze, Besiki, Jvania,
Şevçenko, Lesia Ukrainka, Zubalaşvili qardaşları və Çiçinadze
küçələrində.
Mənbə: Tabula
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.