Gürcüstanda qəzaların 10 əsas səbəbi — 6 ayda 1267 yol-nəqliyyat hadisəsi qeydə alınıb

2026-cı ilin yanvar-iyun aylarında Gürcüstanda 1 267 yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Bu barədə Daxili İşlər Nazirliyinin statistik məlumatlarından bəlli olur.

Dərc olunmuş statistikaya əsasən, hesabat dövründə yol-nəqliyyat hadisələri nəticəsində 201 nəfər həlak olub, 1 925 nəfər isə xəsarət alıb.

DİN-in məlumatına görə, cari ilin birinci yarısında baş vermiş qəzaların sayı regionlar üzrə belə bölünüb:
Tbilisi — 381 hadisə;
• Acarıstan — 250 hadisə;
• Sameqrelo-Zemo Svaneti — 61 hadisə;
• Imereti — 138 hadisə;
• Raça-Leçxumi və Kvemo Svaneti — 5 hadisə;
• Şida Kartli — 108 hadisə;
• Kvemo Kartli — 110 hadisə;
• Kaxeti — 95 hadisə;
• Samtsxe-Cavaxeti — 39 hadisə;
• Mtsxeta-Mtianeti — 54 hadisə;
• Quriya — 26 hadisə.

Əsas törədici səbəblərə görə yol-nəqliyyat hadisələrinin sayına gəlincə, 2026-cı ilin yanvar-iyun statistikası belədir:
• Dönmə manevri — 295 hadisə;
• Qarşıdan gələn hərəkət zolağına keçmə və ya ötüb keçmə qaydalarının pozulması — 255 hadisə;
• Müəyyən edilmiş hərəkət sürətinin həddini aşma — 212 hadisə;
• Ara məsafəsinin gözlənilməməsi — 210 hadisə;
• Piyadanın keçiddən düzgün istifadə etməməsi — 185 hadisə;
• Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmə — 88 hadisə;
• Yol nişanına və ya nişanlanma xəttinə tabe olmama — 68 hadisə;
• Maneəyə çırpılma — 61 hadisə;
• Yolayrıcını keçmə qaydalarının pozulması — 40 hadisə;
• Geriyə dönmə manevri — 35 hadisə.

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google