Avqust ayında hökumət üçün yanacaq alqısı 50 tetriyədək
bahalaşıb.
Bu barədə Dövlət Satınalmaları Agentliyinin rəsmi saytında dərc
olunmuş konsolidə edilmiş tenderin nəticələrindən bəlli olur.
İyul ayında bağlanan müqaviləyə əsasən, iyul ayı ilə müqayisədə
avqustda hökumətə 1 litr benzinin bütün növləri 17 tetri, dizel isə
50 tetri daha baha başa gələcək.
Daha konkret desək, konsolidə edilmiş
tenderə əsasən, hökumət 1
litr "Super" markalı yanacağı (oktan ədədi ən azı 98) avqust ayında
3.34 laridən alacaq (iyulda 3.17 lari idi). Bu tenderdə qalib
"Wissol Petroleum Georgia" şirkətidir.
Digər yanacaq növlərinə gəlincə:
- "Premium" markalı yanacaq: Avqustda 1 litrinin qiyməti 3.04
lari olacaq (iyulda 2.87 lari idi). Qalib – "Rompetrol
Georgia".
- "Euro Regular" markalı yanacaq: Hökumət avqustda bu yanacağı
3.02 laridən əldə edəcək (iyulda 2.85 lari idi). Qalib – "SOCAR
Georgia Petroleum".
- "Euro Diesel" (ən çoxu PPM 10): Hər bir litrin qiyməti 3.70
lari təşkil edir (iyulda 3.20 lari idi). Qalib – "Sun Petroleum
Georgia".
Məlumat üçün bildirək ki, Gürcüstanda yanacağın pərakəndə satışı
qiyməti "Platts" indeksinə əsasən müəyyən olunur. 2025-ci ilin
dekabrında "Platts"a görə benzinin orta qiyməti bir ton üçün 709.28
ABŞ dolları, dizelin isə 740.69 ABŞ dolları təşkil edib.
2026-cı ilin ayları üzrə göstəricilər isə belə olub:
- Yanvar: Benzin – 642.73$, Dizel – 650.06$
- Fevral: Benzin – 686.53$, Dizel – 701.59$
- Mart: Benzin – 973.39$, Dizel – 1207.97$
- Aprel: Benzin – 1060.01$, Dizel – 1302.23$
- May: Benzin – 1127.09$, Dizel – 1154.62$
- İyun: Benzin – 948.65$, Dizel – 977.20$
- İyul: Benzin – 1032.80$, Dizel – 1179.40$
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.