Pərakəndə və onlayn satış – Mikanadze valideynlərin məktəb formasını necə alacağını izah edir

Dövlət məktəblərinin I–VI sinif şagirdləri üçün məktəb formalarının satışı 1 sentyabrdan başlayacaq.


Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadzenin bəyanatına görə, formalar həm pərakəndə satış nöqtələri, həm də onlayn platforma vasitəsilə satılacaq. Lakin həmin platformanın hansı olacağı hələlik açıqlanmayıb. Gürcüstana məhsulun ilk partiyasının avqustun 20-dən 25-dək gətirilməsi gözlənilir.

Nazirin sözlərinə görə, formaların tikilməsi və daşınması
prosesi müəyyən olunmuş qrafik üzrə davam edir, podratçı tərəf isə Çində olan 6 zavodun hamısını artıq təfərrüatlı şəkildə yoxlayıb.

“İlk növbədə bildiririm ki, məktəb formaları ilə bağlı bu istiqaməti maksimum dərəcədə diqqət mərkəzində və prioritet saxlayırıq. Gündəlik rejimdə, faktiki olaraq saatbasaat yüklər haqqında məlumat alırıq. Avqustun 20-dən 25-dək ilk partiyanın gəlməsini gözləyirik. Bazar araşdırmasında qalib gələn Çin şirkəti ilə müəyyən edildiyi kimi, 15 sentyabrədək birinci sinif şagirdləri məktəb formaları ilə təmin olunmalıdır. Daha sonra isə iki mərhələ həyata keçiriləcək və birinci semestrin sonunadək II, III, IV, V və VI sinif şagirdləri formalarla təmin ediləcəklər”,
– Qivi Mikanadze bildirib.

Nazirin izahatına əsasən, formaların alınması üçün EMIS tərəfindən xüsusi onlayn platforma hazırlanıb. Bununla yanaşı, istehlakçıların müəyyən bank kartlarından istifadə edərkən əlavə güzəştlər əldə etməsi üçün bank sektoru ilə danışıqlar aparılır.

“Həm pərakəndə satış, həm də onlayn satış rejimi olacaq. Bunun üçün EMIS xüsusi platforma hazırlayıb ki, bu da herkes üçün əlçatan olacaq. Hazırda güzəştli şərtlərlə bağlı müəyyən təklifləri olan banklarla müqavilələrin rəsmiləşdirilməsi prosesini yekunlaşdırırıq. Paralel olaraq, regionlarda dövlət müvəkkilləri və bələdiyyə merləri ilə əlavə pərakəndə satışın həyata keçiriləcəyi konkret ticarət məkanlarının müəyyən olunması istiqamətində ünsiyyət saxlanılır”, – deyə nazir qeyd edib.

Mikanadze formaların qiymətini də bir daha dəqiqləşdirib: bir pencəyin qiyməti 45 lari, şalvar və ya ətəyin qiyməti isə 25 lari olaraq müəyyən edilib. Mikanadzenin sözlərinə görə, beynəlxalq standartların keyfiyyəti nəzərə alınmaqla bu tarif valideynlərin illik xərclərindən kifayət qədər qənaətlidir.

Qərara əsasən, oğlanlar üçün məktəb forması dəstinə bir pencək və iki şalvar, qızlar üçün isə bir pencək, bir şalvar və bir ətək daxildir.

Nazirin əmri ilə hər iki dəstin sabit pərakəndə dəyəri 95 lari təşkil edir. Bir pencəyin qiyməti 45 lari, bir şalvar və bir ətəyin qiyməti isə 25 lari müəyyənləşdirilib.

Dövlət məktəb formalarının satınalınması üzrə 45.66 milyon lari dəyərində müqavilə bağlayıb ki, bunun çərçivəsində 1.801 milyon ədəd forma hazırlanmalıdır. Formaların tədarükü üç mərhələdə, 2026-cı il avqustun 25-dən noyabrın 30-dək həyata keçiriləcək.

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google