Gürcüstan Nauru ilə diplomatik münasibətlər qurmağa hazırdır – Kobaxidze

Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibətlər qurmağa və əməkdaşlığın dərinləşdirilməsinə hazırdır.


Bunu "Gürcü Arzusu" hökumətinin başçısı İrakli Kobaxidze bəyan edib.

İyulun 21-də Nauru hökumətinin Rusiyanın işğalı altında olan Gürcüstanın Abxaziya və qondarma Cənubi Osetiya regionları ilə diplomatik münasibətləri ləğv etmək barədə qərar qəbul etdiyi məlum olub. Suxumi və Tsxinvalidə bildiriblər ki, bu addım Qərbin Nauruya göstərdiyi
təzyiqin nəticəsidir.

İrakli Kobaxidzenin sözlərinə görə, Naurunun bu qərarı "beynəlxalq hüquq normalarına hörmət və onların qorunmasının sağlam beynəlxalq münasibətlərin əsasını təşkil etdiyini bir daha təsdiqləyir".

Avqustun 5-də keçirilən hökumət iclasında o, xarici işlər naziri Maka Boçorişviliyə və "uğurlu tanınmama siyasətinin həyata keçirilməsi istiqamətində çalışan hər bir diplomata" təşəkkürünü bildirib.

Rusiya 2008-ci il avqustun 26-da Gürcüstanın iki regionunu müstəqil dövlət kimi tanıyıb. Təxminən 18 il sonra işğal olunmuş ərazilərin "müstəqilliyini" Rusiyadan başqa yalnız Nikaraqua, Venesuela və Suriya tanıyır. Əvvəlcə bu addımı Vanuatu, Tuvalu və Nauru da atmışdı, lakin sonradan həmin ölkələr bu tanınmanı geri götürüblər.

Kobaxidzenin sözlərinə görə, son iki ay Gürcüstan hökuməti üçün xarici siyasət baxımından kifayət qədər fəal keçib. O, xüsusilə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsindən, o cümlədən Qazaxıstan və Özbəkistanla strateji tərəfdaşlıq münasibətlərinin qurulmasından danışıb.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google