Tbilisidə narkotik cinayətində şübhəli bilinən 3 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polisi Departamentinin Vake-Saburtalo və İsani-Samqori baş idarələrinin əməkdaşları 3 nəfəri saxlayıblar.


Onlar narkotik vasitələri qanunsuz əldə etmə, saxlama, satma və satışa şərait yaratmaqda ittiham olunurlar. Saxlanılanlardan biri xarici ölkə vətəndaşıdır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları, hakimin qərarı əsasında, təqsirləndirilən əcnəbidən bir neçə dəfə narkotik vasitənin nəzarət qaydasında alışını həyata keçirib və bu prosesi gizli
audiovideo lentə alıblar.

Təqsirləndirilən şəxslərin üzərində keçirilən şəxsi axtarış və istintaq tədbirləri nəticəsində polis müxtəlif yerlərdən satış üçün hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitələri, o cümlədən "Alfa-PVP" və "Marixuana"nı maddi sübut kimi götürüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 260-cı ter, 260-cı kvarter və 273-cü maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google